Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 33

Filtrləri təmizlə
Allah Qiyamət günü yeri ovucuna alar, göyləri isə sağ əlində bükər, sonra deyər: "Mənəm hökmdar, yer üzünün hökmdarları haradadır?".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Zaman qısalmayınca Qiyamət qopmaz, il ay kimi, ay həftə kimi, həftə bir gün kimi, gün saat kimi və saat xurma yarpağının yanma müddəti kimi olacaq."
Səhih Əhməd rəvayət etdi.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir məsələni qeyd edib dedi: "Bu, elmin yoxa çıxacağı zaman baş verəcək". Mən dedim: "Ey Allahın Rəsulu! Biz Quranı oxuduğumuz və övladlarımıza oxutdurduğumuz halda, onlar da Qiyamətə qədər özlərinin və övladlarının oxuduqları halda elm necə yoxa çıxa bilər?" O (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Anan səni itirsin ey Ziyad, mən səni Mədinədə ən fəqih şəxslərdən hesab edirdim, məgər yəhudi və xristianlar tövrat və incili oxumurlarmı?! Lakin, bu iki kitabda olan elmdən qafildirlər".
Başqasıyla səhih olan İbnu Məcə rəvayət etdi.
«Müəzzini eşitdiyinizdə, siz də onun söylədiklərini təkrar edin. Sonra mənə salavat gətirin. Kim mənə bir salavat gətirirsə, Allah da bunun qarşılığında ona on salavat edər. Sonra da Allahdan mənim üçün ''Vəsiləni" istəyin. O, Cənnətdə elə bir dərəcədir ki, Allahın qullarından yalnız bir quluna yaraşır. Ümid edirəm ki, o qul, mənəm. Kim mənim üçün ''Vəsiləni'' istəyərsə şəfaət ona halal olar».
Səhih Muslim rəvayət etdi.
"Bilirsinizmi, müflis kimdir?" Dedilər ki: «Bizim aramızda müflis, pulu və malı olmayandır.» Bunun üzərinə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: "Şübhəsiz ki, ümmətimdən müflis olan o kəsdir ki; Qiyamət günü namazla, orucla və zəkatla gələcək. Lakin buna söymüş , birinə iftira etmiş, birinin malını yemiş, birinin qanını tökmüş və birini vurmuşdur. Buna onun savablarından verilər və digərinə onun savablarından verilər. Üzərində olan qul haqqları ödənmədən əvvəl savabları qurtararsa, onların günahlarından götürülər və onun üzərinə atılar; sonra da özü cəhənnəmə atılar".
Səhih Muslim rəvayət etdi.
"Mənim hovuzum bir aylıq yol məsafəsi qədər böyükdür, suyu süddən daha ağdır, qoxusu miskdən daha gözəldir, qədəhləri göyün ulduzları qədər çoxdur, ondan içən kəs heç zaman susamaz".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Gecə və gündüzün çatdığı hər yerə bu iş də (İslam dini) çatacaqdır. Allah, qüdrətlinin izzəti və zəlilin zilləti ilə, bu dini daxil etmədiyi nə bir şəhər, nə də ki bir kənd evi buraxmayacaq, Allahın İslamla izzətləndirdiyi şərəflənəcək, küfrlə zəlil etdiyi isə zəlil olacaqdır”. Və Təmim əd-Dəri deyərdi: “Mən bunu öz ailəmdə müşahidə etdim, artıq onlardan İslamı qəbul edənlərə xeyir, şərəf və izzət nəsib oldu. Onlardan kafir olanlara isə zillət, alçaldılma və cizyə vermək nəsib oldu.
Səhih Əhməd rəvayət etdi.
Doğru söz sahibi və doğruluğu təsdiqlənmiş Allah Rəsulu (salləllahu aleyhi va səlləm) bizə belə buyurdu: "Sizlərdən birinizin yaradılışı (embrion) anasının bətnində qırx gündə cəm edilir, sonra həmin müddətdə laxtalanmış qana çevrilir, sonra növbəti qırx gündə ət parçasına çevrilir, sonra ona mələk göndərilir və mələk ona ruh üfürür. Ona dörd şeyi: ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını - yazmaq əmr edilir. Özündən başqa heç bir ilah olmayana and olsun ki, sizlərdən biriniz Cənnət əhlinin əməlini edər, onun Cənnətə daxil olmasına bir qarış qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayar və o, Cəhənnəm əhlinin əməlini edərək Cəhənnəmə daxil olar. Sizlərdən biriniz Cəhənnəm əhlinin əməlini edər, onun Cəhənnəmə düşməsinə bir qarış qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayar və o, Cənnət əhlinin əməlini edərək cənnətə daxil olar".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.