Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 10

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Rəvayət olunduğu mənbə

"İslam beş təməl üzərində qurulub: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
التصنيف الشرعيالأربعون النووية، وجوب الصلاة وفضلها وحكم تاركها، وجوب الزكاة وحكم تاركها، وجوب الصيام وحكم تاركه، وجوب الحج والعمرة وحكم تاركهما، الإيمان بالله عز وجل، النبوة والرسالة، الإسلام
Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) xidmətçisi Səvbanla görüşdüm və dedim: "Mənə, edəcəyim elə bir əməl haqqında xəbər ver ki, Allah onunla məni Cənnətə daxil etsin?". Yaxud dedi: Dedim: "Mənə əməllərin Allaha ən sevimlisini xəbər ver". O, isə susdu. Sonra ondan yenə soruşdum və o, susdu. Sonra üçüncü dəfə ondan souşdum və dedi: Mən bu haqda Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdum, o, isə belə dedi: "Allaha çoxlu səcdə et, çünki Allah üçün etdiyin elə bir səcdə yoxdur ki, Allah ona görə sənin dərəcəni yüksəltməsin və günahını bağışlamasın”. Mədən dedi: Sonra Əbu Dərda ilə görüşdüm və ondan da bu haqda soruşdum, o, da mənə Səvbanın dediyinin eynisini dedi.
Səhih Muslim rəvayət etdi.
التصنيف الشرعيفضائل الأعمال الصالحة، وجوب الصلاة وفضلها وحكم تاركها، صلاة التطوعموضوعات الحديثمكانة الصلاة وفضلها، صلاة التطوع