Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 5

Filtrləri təmizlə

Hədisin dərəcəsi

"Ayaqyoluna getdiyiniz zaman üzünüzü və arxanızı qibləyə tərəf çevirməyin, əksinə, şərqə və ya qərbə tərəf çevirin”. Əbu Əyyub dedi: “Şama gəldik və tualetlərin qibləyə tərəf tikildiyini gördük və buna görə başqa tərəfə çevrilərdik və Uca Allahdan bağışlanma diləyərdik.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Sizin heç biriniz kiçik su başına çıxarkən cinsi orqanını sağ əli ilə tutmasın, ayaqyolunda sağ əli ilə təmizlənməsin və qaba üfürməsin".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər dəfə ayaqyoluna girdikdə belə deyərdi: “Allahummə inni əuzu bikə minəl-xubusi val-xəbəis”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ayaqyolundan çıxdıqda - "Ğufranəkə" deyərdi.
Səhih Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
"Sizlərdən biriniz dəstəmaz alarsa, ilk olaraq suyu burnuna çəkib, ardınca nəfəsiylə onu çıxarmalıdır, kim təbii ehtiyacını ödədikdən sonra, daş parçası ilə təmizlənmək istərsə bunu tək sayda etsin, (gecə) yuxudan oyandıqdan sonra, əlini dəstəmaz almaq üçün qaba salmadan öncə yusun, çünki o, əlinin harada gecələdiyini bilmir." İmam Muslimin rəvayət etdiyi ifadə bu cürdür: "Sizlərdən biriniz yuxudan oyanarsa, əlini üç dəfə yumadan qaba salmasın, çünki o, əlinin harada gecələdiyini bilmir.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)