Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 141

Filtrləri təmizlə

Ravi

Bütün raviləri göstər (71)
أبو موسى الأشعري2 ‌أبي هريرة2 علي2 ‌ابن أبي أوفى1 ‌ابن عباس1 أبو أمامة1 أبو أيوب الأنصاري1 أبو بن كعب1 أبو ثعلبة الخشني جرثوم بن ناشر1 أبو حازم بن دينار1 أبو ذر1 أبو عبد الرحمن عبد الله بن عمر بن الخطاب1 أبو عبد الله جابر بن عبد الله الأنصاري1 أبو قتادة1 أبو مالك الأشعري1 أبو مالك الحارث بن عاصم الأشعري1 أبو مرثد الغنوي1 أبو موسى1 أبو هريرة رضي لله عنه قال1 أبو هريرة قال1 أبو يعلى شداد بن أوس1 ‌أبي الزبير قال1 ‌أبي حميد أو عن ‌أبي أسيد قال1 ‌أبي قتادة السلمي1 أبيه أبي موسى الأشعري1 المغيرة1 أم عطية1 بريدة1 بريدة بن الحصيب1 ثوبان1 ‌حطان بن عبد الله الرقاشي قال1 خريم بن فاتك1 سالم بن أبي الجعد قال1 سعد بن أبي وقاص1 سعد بن عبادة1 سهل بن سعد1 شداد بن أوس1 عبادة بن الصامت1 عبد الرحمن بن أبي ليلى قال1 ‌عبد الله بن زيد1 عبد الله بن سلام1 ‌عبد الله بن عمرو بن العاص1 عبد الله بن مغفل1 عثمان بن أبي العاص1 عثمان بن عفان1 عدي بن حاتم1 عقبة بن عامر1 علي بن أبي طالب1 عمار بن ياسر1 عمر بن الخطاب1 عمران بن حصين1 عمرو بن سليم الأنصاري قال1 عمرو بن شعيب عن أبيه عن جده قال1 عمرو بن عامر عن ‌أنس بن مالك قال1 قيس بن عاصم1 كعب بن عجرة1 ‌محمود بن لبيد1 مطر بن عكامس1 ميمونة أم المؤمنين1 ‌وراد كاتب المغيرة بن شعبة قال1 يحيى بن عمارة المازني قال1
"Ayaqyoluna getdiyiniz zaman üzünüzü və arxanızı qibləyə tərəf çevirməyin, əksinə, şərqə və ya qərbə tərəf çevirin”. Əbu Əyyub dedi: “Şama gəldik və tualetlərin qibləyə tərəf tikildiyini gördük və buna görə başqa tərəfə çevrilərdik və Uca Allahdan bağışlanma diləyərdik.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Qohum-əqrəbasının yaxşılıq etməsinə eynisiylə cavab verən insan heç də qohumluq əlaqələrini birləşdirən kimsə deyildir. Qohumluq əlaqələrini birləşdirən kimsə, qohumları onunla əlaqəni kəsdikləri zaman onlarla əlaqə saxlayıb bu əlaqəni birləşdirən kimsədir".
Səhih Əl-Buxari rəvayət etdi.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazını bitirdikdə üç dəfə (əstəğfirullah deyərək) istiğfar edər və belə deyərdi: "Allahummə əntəs-sələmu, və minkəs-sələmu, təbəraktə zəl-cələli vəl-ikram (Allahım! Salam Sənsən və əminamanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan". Əl-Vəlid buyurur ki: "Əvzaiyədən soruşdum: İstiğfar necə olur?". Dedi: "Əstəğfirullah, Əstəğfirullah (Allahdan bağışlanma diləyirəm)".
Səhih Muslim rəvayət etdi.
"Qiyamət günü insanlar arasında ilk mühakimə olunacaq məsələ qantökmə məsələsi olacaq".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Ey Allahın elçisi, Sədin anası vəfat etdi, hansı sədəqə daha fəzilətlidir? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Su sədəqəsi". Dedi: Bir quyu qazdı və "bu Sədin anası üçündür" dedi.
Hədis bütün rəvayət yollarına görə həsəndir. Əbu Davud, Nəsai və İbn Maca rəvayət etmişdir
"Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına müsəlman olmaq üçün gəldim, O mənə: su və sidr ilə yuyunmağımı əmr etdi".
Səhih Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
o, Fərz və digər bütün namazlarda, Ramazan ayında və ramazandan başqa aylarda hər namazda təkbir gətirirdi. Namaza qalxdıqda təkbir gətirərdi, rüku edərkən də təkbir gətirərdi. Sonra: "Səmi Allahu limən həmidəh" deyib rükudan qalxdıqdan sonra səcdə etməzdən əvvəl: "Rabbənə və ləkə-l-həmd" deyərdi. Sonra səcdə etmək üçün əyildiyində təkbir edir, səcdədən başını qaldırınca yenə də təkbir gətirirdi sonra təkrar səcdə etmək üçün təkbir gətirir sonra səcdədən başını qaldırınca yenə də təkbir gətirirdi. İkinci rükəti qılıb qurtardıqdan sonra üçüncü rükətə qalxarkən yenə təkbir gətirirdi. Sonra da bunu namazın hər rükətində namazı biti­rənə qədər edirdi. Namazı bitirib insanlara tərəf dönüb: Nəfsim əlində olana and olsun ki, aranızda namazıAllah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) namazına ən çox oxşayan mənim namazımdır. Bu onun dünyadan ayrılana qədər qıldığı namaz idi" deyirdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Sizin heç biriniz kiçik su başına çıxarkən cinsi orqanını sağ əli ilə tutmasın, ayaqyolunda sağ əli ilə təmizlənməsin və qaba üfürməsin".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)