عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
473 Hədislər
Peyğəmbər Hədisləri Ensiklopediyası
Kateqoriyalar
Kateqoriyalar (14)
Hədisin dərəcəsi
Rəvayət olunduğu mənbə
Qalan mənbələri göstər
Ravi
Bütün raviləri göstər (67)
"Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur. Namaz nurdur, sədəqə burhandır (dəlildir), səbr isə işıqdır. Quran ya sənin leyhinə ya da əleyhinə dəlildir. Hər kəs sabahlayaraq öz nəfsini satar, kimisi (Allaha itaət etməklə Cəhənnəm əzabından) onu azad edər, kimisi isə (şeytana tabe olmaqla) onu həlak edər".
Səhih Muslim rəvayət etdi.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) (dəstəmaz azalarının hər birini) bir dəfə yuyaraq dəstəmaz aldı.
Səhih Əl-Buxari rəvayət etdi.
Allah qiyamət günü sizlərin hər birinizlə arada tərcüməçi olmadan danışacaq və O, sağına baxıb yalnız etdiyi əməlləri görəcək, soluna baxıb yalnız etdiyi əməlləri görəcək, qarşısına baxıb yalnız odu görəcək, xurmanın yarısı ilə da olsa, (sədəq verməklə) oddan qorunun.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Əgər it birinizin qabından içərsə, onu yeddi dəfə yusun".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə Qurandan surə öyrətdiyi kimi, əlim onun əlləri arasında olduğu halda mənə namazda deyilən təşəhhüdü öyrətdi": "Əttəhiyyətu lilləhi vas-salavatu vat-tayyibətu. Əssələmu aleykə əyyuhən Nəbiyyu və rahmətullahi və bərakətuh. Əssələmu aleynə və alə ibədilləhissalihin, əşhədu əllə iləhə illaAllah və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluhu".
Buxari və Muslimin rəvayət etdiyi başqa ləfzdə:
"Həqiqətən Allah Salamdır, sizlərdən biriniz namazda oturanda desin:
"Ət-təhiyyətu lilləhi vas-salavatu, vat-tayyibətu. Əssələmu aleykə eyyuhən-nəbiyyu və rahmətullahi va barakatuhu. Əssələmu aleynə va alə ibədilləhis-salihin". Bunu dedikdə, yer üzərində və səmada olan hər saleh qul (bundan) faydalanır. "Əşhədu əllə iləhə illaAllah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluhu". Sonra istədiyi duanı edə bilər.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Biz (heyzdən) təmizləndikdən sonra gördüyümüz bulanıqlığı və sarılığı bir şey (heyzdən) hesab etməzdik."
Səhih Əbu Davud bu sözlə, Buxari isə (təmizləndikdən sonra) əlavəsini etmədən nəql etmişdir.
"Sizin hər biriniz başçısınız və hamınız öz əlinizin altında olanlara cavabdehsiniz. İnsanların üzərində olan əmir başçıdır və onlardan sorumludur, kişi isə ailəsi üzərində başçıdır və onlara cavabdehdir. Qadın ərinin evi və uşaqları üzərində başçıdır və onlara cavabdehdir və nökər ağasının malında başçıdır və o, buna cavabdehdir. Həqiqətən, sizin hər biriniz başçısınız və hər biriniz əlinizin altında olanlara cavabdehsiniz."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Əgər sizdən biriniz öz namazında şəkk edərsə və neçə rükət- üç yoxsa dörd rükət qıldığını bilməzsə, şübhəni kənara atsın və əmin olduğu şeyə əsaslansın, sonra, salam verməzdən əvvəl iki səcdə etsin, əgər beş rükət namaz qılıbsa, namazı (səhv səcdəsi ilə) cütə tamamlanar və əgər dörd rükət qılaraq tamamlamışdısa, bu iki səcdə şeytanı zəlil edər”.
Səhih Muslim rəvayət etdi.