Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 7

Filtrləri təmizlə
Ey Allahın elçisi, Sədin anası vəfat etdi, hansı sədəqə daha fəzilətlidir? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Su sədəqəsi". Dedi: Bir quyu qazdı və "bu Sədin anası üçündür" dedi.
Hədis bütün rəvayət yollarına görə həsəndir. Əbu Davud, Nəsai və İbn Maca rəvayət etmişdir
“Övladlarınıza yeddi yaşında ikən namaz qılmağı əmr edin, on yaşında ikən onları namaza görə (əgər qılmasalar) vurun və onların yataqlarını da ayırın”.
Həsən Əbu Davud rəvayət etdi.
"Uca Allah bəzi əməlləri fərz etmişdir, onları zay etməyin. Bəzi hüdudlar qoymuşdur, onları aşmayın. Bəzi şeyləri isə haram buyurmuşdur, onları etməyin. Bəzi işlər barədə unutqanlıqdan deyil də, lakin sizə mərhəmət olaraq susmuşdur, elə isə onları araşdırmayın".
Nəvavi: “Hədis həsəndir” – demişdir. Hədisi Dəraqutni öz "Sünən" kitabında və başqaları rəvayət etmişdir.
"Əməllər altı növ, insanlar isə dörd qismə bölünür. Bunları vacib edən iki amil var. Bəzi yaxşı əməllərin qarşılığı misli-mislinə olduğu halda, başqa yaxşı əməllərin qarşılığı on qat verilir, bəzilərinin isə qarşılığı isə yeddi yüz qatdır. Vacib olan səbəblər isə budur: Uca Allaha şərik qoşmadan ölən kimsə Cənnətə, şərik qoşaraq ölən kəs isə Cəhənnəmə girər. Bəzi yaxşılıqların qarşılığı misli-mislinə olan o şəxsdir ki, müəyyən yaxşılığı etməyi qəlbində niyyət edər, Uca Allah da bunu bilir və buna görə ona bir savab yazılar. Bir şəxs pis əməl edərsə onun da qarşılığı bir misildir. Kimsə bir yaxşılıq edərsə ona yaxşılığının qarşılığı on mislində verilər. Qul, Allahın yolunda sədəqə verərsə, əvəzində ona yeddi yüz savab yazılar. İnsanların dörd qismə bölünməsinə gəlincə, onlardan bəzisinə dünya həyatında rahatlıq axirət həyatında sıxıntı, bəzisinə isə dünyada sıxıntı, axirətdə rahatlıq verilər. İnsanlardan bəzilərinə həm dünya, həm də axirət həyatında sıxıntı verilər. Bəzilərinə isə həm dünyada, həm də axirət həyatında rahatlıq verilər"
Həsən Əhməd rəvayət etdi.
“Əgər insanların istədikləri onlara iddialarına görə verilmiş olsaydı, o zaman onların bir qismi digərlərinin qanını və malını iddia etmiş olardı. Lakin iddia edən şəxs dəlil-sübut gətirməli, bu iddianı inkar edən şəxs isə and içməlidir”.
Həsən Hədisi Beyhəqi və başqaları bu şəkildə rəvayət etmişdir, bir qismi isə Buxari və Müslimdədir.
"Möminlərdən ən kamil iman sahibləri, gözəl əxlaqa malik olanlardır, sözsüz ki, sizin ən xeyirliniz qadınlarına qarşı xoş rəftar edənlərdir".
Həsən Əbu Davud, Ət-Tirmizi,Əhməd
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında deyərdi: "Allahummə-ğfirli, varhəmni, və afini, vəhdini vərzuqni" - (Allahım məni bağışla, mənə rəhm et və əfv et, məni doğru yola yönəlt və mənə ruzi yetir).
Şahidləriylə həsən olan Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər