Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 104

Filtrləri təmizlə

Ravi

Bütün raviləri göstər (52)
" Kim gözəl surətdə dəstəmaz alarsa, günahları cəsədindən, hətta dırnaqlarının altından çıxar."
Səhih Muslim rəvayət etdi.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) köpək dişi olan hər yırtıcının və caynağı olan hər quşun ətini yeməyi qadağan etdi.
Səhih Muslim rəvayət etdi.
"Dünya şirin və valehedicidir. Həqiqətən, Allah sizi dünyaya varis təyin etmiş və ondan necə istifadə edəcəyinizə nəzarət edir. Dünyadan qorxun! Qadınlardan qorxun!. Həqiqətən İsrail oğullarının ilk dəfə azmaları (fitnəyə düşmələri) qadınlar səbəbindən olmuşdur”.
Səhih Muslim rəvayət etdi.
"Mən Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) üçün qüsl suyu qoydum və onu paltarla örtdüm. O, da əllərinə su töküb yudu, sonra sağ əli ilə sol əlinə su tökdü və övrətini yudu, əlini yerə vuraraq məsh etdi (yerə sürtdü), sonra yudu, sonra mədməda və istinşaq etdi (ağzına və burununa su alaraq onları yudu), üzünü və qollarını yudu, sonra başına və bütün bədəninə su tökdü, sonra kənara çəkilib ayaqlarını yudu. Ona bir dəsmal verdim, amma götürmədi, çıxıb getdi və əllərini silkələdi".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Bir kişi dəstəmaz aldı və ayağında dırnaq boyda yuyulmayan yer buraxdı. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bunu gördü və dedi: “Geri qayıt və dəstəmazı gözəl şəkildə al!”. O kişi qayıdıb yenidən dəstəmaz aldı, sonra namaz qıldı.
Şahidlərlə səhih olan Muslim rəvayət etdi.
Əşari qəbiləsindən bir dəstə ilə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldim ki, ondan (cihad üçün) minik istəyim. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Vallahi sizi apara bilmərəm, sizi aparacaq miniyim yoxdur". Biz Allahın istədiyi qədər qaldıqdan sonra ona dəvələr gəldi və bizə üç dəvə göndərdi. Elə ki, getmək istədikdə bəzilərimiz dedilər: Allah bizə bərəkət verməz, çünki, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına minik üçün getdik, o isə bizi aparmayacağına and içdi. Lakin indi aparır. Əbu Musa dedi: Biz Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldik və bunu ona danışdıq. O, isə dedi: "Sizi döyüşə aparan (buna müvvəfəq edən) Allahdır, mən deyiləm, Allaha and olsun ki - Allah istəyərsə - mən and içirəm, sonra bundan (and içdiyimdən) daha xeyirlisini gördüyümdə andımın kəffarəsini verirəm və daha xeyirli olanı edirəm”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Cümə günü imam xütbə oxuyarkən yanındakı yoldaşına "Sus!" dersən, artıq lağlağa etmiş (cümənin savabını itirmiş) olursan".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Sədəqə, var-dövlətdən bir şey əksiltməz, nə qədər ki, qul mərhəmətlidir, əvəzində Allah da onun izzətini artırar. Kim Allah üçün təvazökarlıq edərsə, Allah onu ucaldar".
Səhih Muslim rəvayət etdi.