Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 2

Filtrləri təmizlə
Filter
Pick a property to filter by
الفئة المستهدفة2
حجم المحتوى2
التخريج المتعدد3
الخلفية الدينية للمستهدف2
التخريج المتعدد: متفق عليه

Hədisin dərəcəsi

Rəvayət olunduğu mənbə

Rəsulullah - salləllahu aleyhi va səlləm - Muaz bin Cəbəli Yəmənə göndərdiyi zaman ona belə buyurdu: "Sən Kitap əhli olan bir qövmə gedəcəksən. Onların yanına getdikdə, onları Allahdan başqa haqq bir ilah olmadığına, Muhammədin də Onun Rəsulu olduğuna şəhadət etməyə dəvət et. Əgər onlar bu işdə sənə tabe olsalar, Allahın onlara gün ərzində beş vaxt namaz qılmağı əmr etdiyini bildir. Əgər onlar bu işdə sənə tabe olsalar, onlara zənginlərdən alınıb fəqirlərə veriləcək olan zəkatı da fərz etdiyini bildir. Əgər onlar bu işdə də sənə tabe olsalar, bu zaman mallarının ən yaxşısını almaqdan çəkin! Məzlumun duasından qorx! Çünki məzlumun duası ilə Allah arasında heç bir pərdə yoxdur".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
التصنيف الشرعيفضل الدعوة إلى الله وأحكامها، وجوب الصلاة وفضلها وحكم تاركها، وجوب الزكاة وحكم تاركها، مصارف الزكاة، دعوة غير المسلمين، الإسلامموضوعات الحديثالدعوة إلى الله، الظلممحاور التعريف بالإسلامأركان الإسلام، الإسلام هو الدين الحق
"Sabah bu bayrağı elə bir kişiyə verəcəm ki, Allah onun əli ilə zəfər nəsib edəcək, o, Allah və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir". Ravi dedi: İnsanlar o gecəni, bayrağın kimə veriləcəyini düşünərək keçirdilər. Sabah olduğunda onların hər biri bayrağın özünə veriləcəyi ümidilə Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına getdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Əli bin Əbu Talib hardadır?". Dedilər: Ey Allahın Rəsulu, gözlərindən şikayət edir (gözləri ağrıyır). Dedi: "Onun yanına adam göndərin (gəlsin)". Əlini gətirdilər və Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onun gözlərinə tüpürdü və onun üçün dua etdi. Əli, sanki heç bir ağrısı olmamış kimi dərhal sağaldı və (Peyğəmbər), bayrağı ona verdi. Əli (Allah ondan razı olsun) dedi: "Ey Allahın Rəsulu! Onlar da bizim kimi olana qədər onlarla döyüşəcəmmi?". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Sən, onların olduqları yerə yavaş-yavaş get (yəni dərhal döyüşə girmə). Sonra onları İslama dəvət et və Allahın haqqı olaraq yerinə yetirmələri vacib olan şeyləri onlara bildir. Allaha and olsun ki, Allahın, sənin əlinlə tək bir insana hidayət etməsi, sənin üçün qırmızı dəvələrə sahib olmağından daha xeyirlidir".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
التصنيف الشرعيالصحابة وفضلهم، الطب والتداوي والرقية الشرعية، فضل الدعوة إلى الله وأحكامها، غزواته وسراياه صلى الله عليه وسلم، أحكام ومسائل الجهاد وآدابه، دلائل النبوةموضوعات الحديثالدعوة إلى الله، الصحابة رضي الله عنهممحاور التعريف بالإسلاملا يقبل الله غير دين الإسلام، عدل الإسلام