Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 6

Filtrləri təmizlə
"Allah cənnət və cəhənnəmi yaradanda Cəbrayılı (Allahın salamı onun üzərinə olsun) cənnətə göndərdi və dedi: "Ona və onun əhli üçün orada nə hazırladığıma bax". Cəbrayıl ona baxdı və qayıdaraq dedi: "İzzətinə and olsun ki, onu eşidən ora daxil olmaq istəyəcək". Sonra Allah cənnəti nəfsin sevmədiyi şeylərlə əhatə edilməsini əmr etdi və dedi: "Get, ona və onun əhli üçün orada nə hazırladıqlarıma bax". O gedib baxdı və cənnətin nəfsə ağır və çətin gələn əməllərlə əhatələndiyinü gördü və: "İzzətinə and olsun ki, ora kimsənin daxil olmayacağından qorxuram" - dedi. Allah buyurdu: "Get, cəhənnəmə və orada onun əhli üçün hazırladıqlarıma bax". Gedib cəhənnəmə baxanda onun bir hissəsinin digər hissəsinin üstünə çıxdığını gördü. Geri döndü və dedi: "İzzətinə and olsun ki, heç kəs ora girməyəcək". Sonra Allah cəhənnəmin şəhvətlərlə əhatələnməsini əmr etdi və dedi: "Qayıt və ona bax". Cəbrayıl cəhənnəmin şəhvətlərlə əhatələndiyini gördü və qayıdıb dedi: "İzzətinə and olsun ki, bir nəfər belə qalmayıb hər kəsin ora girəcəyindən qorxuram".
Həsən Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
"Yandırdığınız alov, cəhənnəm alovunun yetmiş qatından bir qatıdır. Deyildi ki: "Ey Allahın Rəsulu, hətta bu alov belə (zalımları cəzalandırmağa) yetərli idi". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Cəhənnəm alovu dünya alovundan altmış doqquz qat üstün edildi. Hər bir qatın istiliyi, dünya alovunun istiliyi qədərdir".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Cəhənnəm şəhvətlərlə (nəfsə xoş gələn şeylərlə), Cənnət isə nəfsin istəmədiyi şeylərlə əhatə edilmişdir".
Səhih Əl-Buxari rəvayət etdi.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanları ən çox cənnətə salan meyar haqqında soruşuldu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə belə buyurdu: "Təqva və gözəl əxlaq". Sonra insanları ən çox cəhənnəmə aparan məsələ haqqında soruşuldu və buyurdu ki: "Ağız (dil) və cinsiyyət orqanı".
Həsən səhih Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi.
Cəhənnəm əhlindən mənim (hazırda) görmədiyim iki sinif insan var: İnək quyruğuna bənzər qamçıları olan və onunla insanları vuran kəslər və kişiləri başdan çıxaran və özləri də azmış, geyinmiş çılpaq qadınlar, onların başları dəvə hörgücləri kimidir. Bu qadınlar cənnətə girməyəcəklər, onun qoxusunu belə hiss etməyəcəklər. Halbuki onun qoxusu bu qədər uzaq məsafədən hiss edilir. "
Səhih Muslim rəvayət etdi.
Biz Allah Rəsulu ilə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idik ki, o yerə düşən bir şeyin səsini eşitdi və dedi: “Bilirsinizmi, bu nədir?” Biz dedik: “Allah və Rəsulu daha yaxşı bilir” Dedi: “Bu, yetmiş payız (il) əvvəl cəhənnəmə atılmış bir daşdır və o, bu vaxta qədər düşürdü və dibinə indi çatdı”.
Səhih Muslim rəvayət etdi.