Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 8

Filtrləri təmizlə

Hədisin dərəcəsi

"Yandırdığınız alov, cəhənnəm alovunun yetmiş qatından bir qatıdır. Deyildi ki: "Ey Allahın Rəsulu, hətta bu alov belə (zalımları cəzalandırmağa) yetərli idi". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Cəhənnəm alovu dünya alovundan altmış doqquz qat üstün edildi. Hər bir qatın istiliyi, dünya alovunun istiliyi qədərdir".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Uca Allah cənnət əhlinə deyəcək: Ey cənnət əhli? Onlar: “Əmrinə müntəzirik, ey Rəbbimiz və sənə tabeyik” deyəcəklər. Allah deyəcək: “Razı qaldınızmı? Onlar cavab verəcəklər: “Sən, yaratdıqlarından heç kimə vermədiyin şeyi bizə bəxş etdiyin halda, biz nə üçün razı olmayaq? Sonra buyuracaq: “Mən sizə bundan daha üstününü verəcəm. Onlar deyəcəklər: Ya Rəbb, bundan daha üstün nə var? Uca Allah deyəcək: Mən sizə öz razılığımı halal edirəm və bundan sonra heç vaxt sizə qəzəblənməyəcəm".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Cəhənnəm şəhvətlərlə (nəfsə xoş gələn şeylərlə), Cənnət isə nəfsin istəmədiyi şeylərlə əhatə edilmişdir".
Səhih Əl-Buxari rəvayət etdi.
"Cənnət sizə ayaqqabınızın bağından daha yaxındır. Cəhənnəm də həmçinin".
Səhih Əl-Buxari rəvayət etdi.
"Kim mənə iki çənəsi arasındakını (dilini) və iki ayağı arasındakını (övrət yerini haramdan qorumağa) zəmanət verərsə, mən də ona Cənnəti zəmanət verərəm".
Səhih Əl-Buxari rəvayət etdi.
"Ölüm, ağ-qara qoç şəklində gətiriləcək və mələk səslənəcək: "Ey Cənnət əhli!" və onlar başlarını qaldırıraq baxacaqlar, mələk deyəcək: "Bunu tanıyırsınızmı?". Onlar - Bəli, bu ölümdür - deyəcəklər, hamı onu artıq dadmışdır. Sonra mələk səslənəcək: - "Ey cəhənnəm əhli" - və onlar başlarını qaldırıb baxacaqlar, sonra isə mələk onlara deyəcək: "Bunu tanıyırsınızmı?". Onlar - Bəli, bu ölümdür - deyəcəklər, hamı onu artıq dadmışdır. Sonra bu qoç kəsiləcək və mələk deyəcək: "Ey cənnət əhli, artıq ölüm yox, əbədilik var. Ey cəhənnəm əhli, artıq ölüm yox, əbədilik var". Ardınca Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu: "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər" [Məryəm 19 surəsi, ayə 39] - dünyada olanlar hələ qəflətdədirlər: "və onlar iman gətirmirlər" [Məryəm 19 surəsi, ayə 39].
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim Allahdan başqa ibadətə layiq məbud olmadığına, Onun şəriki olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna, İsanın Allahın qulu və rəsulu olduğuna, Məryəmə sadəcə bir söz deməklə "ol" həqiqətinə və İsanın Onun yaratdığı ruhdan əmələ gəlməsinə, cənnətin haqq, cəhənnəmin haqq olduğuna şahidlik edərsə, etdiyi əməllərindən asılı olmayaraq Allah onu cənnətə daxil edər.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Qiyamət günü bir insan gətirilib oda atılacaq, bağırsaqları qarnından çıxacaq və o, eşşəyin dəyirman daşının ətrafında fırlandığı kimi onların ətrafında fırlanacaq və cəhənnəm əhli onun ətrafında toplanaraq deyəcəklər: Ey filankəs, sənə nə oldu? Sən xeyiri əmr edib, pislikdən çəkindirmirdinmi? O, deyəcək: Bəli, mən yaxşı işlər görməyi əmr edirdim, amma onu özüm etmirdim, pis əməllərdən çəkindirirdim, lakin özüm onu edirdim".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)