Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 12

Filtrləri təmizlə

Hədisin dərəcəsi

(Öz-özünə) yoluxucu xəstəlik yoxdur, uğursuzluq əlaməti yoxdur, bayquş və səfər ayında uğurszuluq yoxdur. Cüzama yoluxmuş xəstədən aslandan qaçdığın kimi qaç.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Mən Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) yaxşılıq və günah barəsində soruşdum. Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) belə dedi: "Yaxşılıq - gözəl əxlaqdır. Günah isə qəlbini narahat edən və insanların bilməsini xoşlamadığın şeydir".
Səhih Muslim rəvayət etdi.
"Əməllər niyyətlərə görədir. Hər kəsə yalnız niyyət etdiyi şey vardır. Kimin hicrəti Allah və Onun Rəsulu üçün olarsa, onun hicrəti, Allah və Onun Rəsulu üçün olar. Kimin də hicrəti, əldə edəcəyi dünya malına və ya evlənəcəyi qadına görə olarsa, onun hicrəti hicrət etdiyi şey üçün olar".
Səhih Hədisi mühəddislərin iki imamı Əbu Abdullah Muhamməd bin İsmayıl bin İbrahim bin əl-Muğirə bin Bərdizbə Buxari və Əbul-Hüseyn Müslim bin əl-Həccac bin Müslim əl-Quşeyri ən-Nişaburi yazılmış kitabların ən səhihi olan öz "Səhih" kitablarında rəvayət ediblər.
"Əməllər niyyətə görədir, həqiqətən insan niyyəti üzərindədir, kimin hicrəti Allah və rəsulu üçün olarsa, onun hicrəti Allah və rəsulu üçündür, kimin hicrəti əldə edəcəyi dünya və evlənəcəyi qadın olarsa, hicrəti də niyyətinə uyğun olar". Buxarinin ləfzində: "Əməllər niyyətlərə görədir, hər kəsə niyyətinə görə verilir."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)