Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 47

Filtrləri təmizlə
"İnsanlar Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhəmmədin də Allahın Rəsulu olduğuna şahidlik edənə, namaz qılana və zəkat verənə qədər onlarla vuruşmaqla əmr olundum. Əgər bunları edərlərsə, İslamın haqqı (icazəli etdiyi hallar) istisna olmaqla, qanlarını və mallarını məndən qorumuş olarlar, haqq-hesab çəkmək isə Allaha aiddir"
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Mən sizə nəyi qadağan edirəmsə, ondan çəkinin, nəyi də sizə əmr edirəmsə, onu bacardığınız qədər yerinə yetirin. Həqiqətən, sizdən əvvəlki ümmətləri, çoxlu sual verməkləri və öz peyğəmbərlərinə müxalif olmaqları həlak etmişdir".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Uca Allahdan belə rəvayət etmişdir: "Ey qullarım, Mən zülmü Özümə haram etdim və sizin də aranızda onu haram buyurdum, elə isə bir-birinizə zülm etməyin. Ey qullarım! Hidayət verdiyim kəslərdən başqa hamınız zəlalətdəsiniz, elə isə Məndən hidayət diləyin, sizi doğru yola yönəldim. Ey qullarım! Mənim yedirdiyim kəslərdən başqa hamınız acsınız, elə isə Məndən yemək istəyin, sizi yedirdim. Ey qullarım! Mənim geyindirdiyim kəslərdən başqa hamınız çıplaqsınız! Elə isə Məndən geyim istəyin, sizi geyindirim. Ey qullarım! Siz gecə-gündüz günah işlər görürsünüz. Mən isə bu günahların hamısını bağışlayıram. Elə isə Mən­dən bağışlanma diləyin, Mən də sizi bağış­la­yım. Ey qullarım! Siz heç vaxt Mənə zərər verə bilməzsiniz və siz heç vaxt Mənə fayda verə bilməzsiniz. Ey qullarım! Əgər sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bütövlüklə, aranızda Allahdan ən çox qorxan adamın qəlbinə sahib olsalar belə, bu, Mənim mülkümdə bir şeyi belə artırmaz. Ey qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bütövlüklə, aranızdakı ən günahkar adamın qəlbinə sahib olsalar belə, bu, Mənim mülkümdən heç nəyi əskiltməz. Ey qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bir yerə toplanıb Məndən istəsələr və Mən onların hər birinin istə­diyini versəm, bu, sanki nəhəng dənizə iynəni batırıb çıxaran zaman dəniz suyunun əskilmədiyi kimi, Mənim də mülkümdən heçnə əskilməz. Ey qullarım, bu sizin əməllərinizdir. Onları sizin üçün hesaba alıram, sonra əvəzini verəcəm. Odur ki, kim xeyir tapsa, Allaha həmd etsin, əks halda qoy kimsə özündən başqa heç kəsi qınamasın”.
Səhih Muslim rəvayət etdi.
"Sizlərdən biriniz özü üçün istədiyini qardaşına istəmədikcə (kamil) iman gətirmiş olmaz".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Sizin heç biriniz nəfsi istəkləri mənim gətirdiyimə tabe olmadıqca, iman etmiş olmaz”.
Nəvavi: “Hədis səhihdir” – demişdir. Biz bu hədisi «Huccə» kitabında səhih isnadla rəvayət etmişik.
"İnsanın oynaqlarından hər biri üçün bir sədəqə vardır. Günəşin doğduğu hər gün iki insanın arasında ədalətlə hökm verməyin sədəqədir. Bir kişiyə öz miniyinə minməkdə yardım etməyin və ya onun əşyasını qaldırıb miniyinin üzərinə qoymağın sədəqədir. Gözəl söz sədəqədir. Namaz qılmağa getdikdə atdığın hər bir addım sədəqədir. Yoldan insanlara əziyyət verən şeyi kənarlaşdırmağın sədəqədir".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
"Həqiqətən, Uca Allah Pakdır və yalnız Pak olanları qəbul edər. Həqiqətən, Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir. Uca Allah buyurur: (Ey Peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün!). O, həmçinin, buyurur: (Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz təmiz və halal nemətlərdən yeyin). Sonra Peyğəmbər (sallallahu əleyhi va səlləm) uzun müddətli səfərə çıxmış, saçları dağınıq, üst-başı da toz-torpaq içində olan və bu halda əllərini göyə qaldırıb: “Ya Rəbb, ya Rəbb!” – deyə yalvaran birisini xatırlatdı. Peyğəmbər (sallallahu əleyhi va səlləm) davam edib belə dedi: Onun yediyi, haram, içdiyi haram, geydiyi haram və haramla qidalanmışdır. Beləsinin duası necə qəbul ola bilər?!".
Səhih Muslim rəvayət etdi.
Bir gün biz Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) ətrafında oturduğumuz zaman qəflətən içəriyə dümağ paltarlı, zil qara saçlı, üzərində səfərdən əsər-əlamət olmayan və heç birimizin tanımıdığı bir adam daxil oldu. O Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) önündə oturub, dizlərini onun dizlərinə söykədi. Sonra əllərini dizləri üzərinə qoyub belə dedi: "Ey Muhəmməd, mənə islam haqqında xəbər ver!" Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "İslam, Allahdan başqa ibadətə layiq ilah olmadığına, Muhəmmədin Allahın elçisi olduğuna şəhadət etməyin, namaz qılmağın, zəkat verməyin, Ramazan ayının orucunu tutmağın və imkanın olduğu təqdirdə Allahın evini (Kəbəni) həcc etməyindir." Sual verən şəxs: "doğru söylədin" - dedi. "Biz buna təəccübləndik, o həm soruşur, həm də təsdiqləyirdi." Sonra o dedi: "Ey Muhəmməd, mənə iman haqqında xəbər ver!". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "İman: Allaha, Onun mələklərinə, peyğəmbərlərinə, kitablarına, axirət gününə və qədərə - xeyrinə və şərinə - inanmağındır." Sual sahibi: "Doğru söylədin." dedi. Sonra: "Ey Muhamməd! Mənə İhsan haqqında söylə" deyə buyurdu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): "İhsan odur ki, Allaha ibadəti sanki Onu görürmüşsən kimi edirsən, əgər bunu bacarmasan, O səni görürmüş kimi ibadət et." deyə cavab verdi. Sual sahibi (bu dəfə): "Qiyamət nə vaxt qopacaq?" deyə soruşdu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): "Soruşulan bu xüsusda soruşandan daha məlumatlı deyildir." - deyə cavab verdi. Həmin adam təkrar sual verdi: "O halda, Qiyamətin əlamətləri nədir?". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Cariyənin öz ağasını dünyaya gətirməsi, həmçinin yalın ayaq, çılpaq, yoxsul çobanların (yəni bədəvilərin), yüksək binalar tikməkdə bir birilərilə yarışdıqlarını görməyindir." Sonra həmin şəxs çıxıb getdi. (Ömər dedi): Bir müddət dayandım, sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə: "Ey Ömər! O sualları soruşan şəxsin kim olduğunu bilirsənmi?" deyərək soruşdu. Dedim: "Allah və Rəsulu doğrusunu bilir." Peyəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "O, Cəbrayıl idir. Sizə dininizi öyrətmək üçün gəlmişdi."
Səhih Muslim rəvayət etdi.