Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 1

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Rəvayət olunduğu mənbə

"Sən məndən əzəmətli bir şey barədə soruşdun. Həqiqətən o Allahın asanlaşdırdığı kimsələr üçün asandır: Allaha ibadət et və Ona heç bir şeyi şərik qoşma, namaz qıl, zəkat ver, Ramazan orucunu tut və Beytullahı (Kəbəni) həcc et”. Sonra Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: “Səni xeyir qapılarına yönəldimmi? Oruc qalxandır. Sədəqə, suyun odu söndürdüyü kimi günahları söndürür (silir). Kişinin gecənin ortasında qıldığı namazı da, habelə”. Sonra Peyğəmbər (sallallahu aleyhi va səlləm) bu ayəni oxudu: “Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Etdikləri əməllərin mükafatı olaraq onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir”. Sonra Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: “Sənə dinin başı, onun dirəyi və ən uca zirvəsi barədə xəbər verimmi?”. Mən: “Bəli, Ey Allahın Rəsulu!” – dedim. O, buyurdu: “Dinin başı İslam, dirəyi namaz, ən uca zirvəsi isə cihaddır”. Sonra Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: “Sənə bunların hamısını özündə cəm edən xislət barədə xəbər verimmi?”. Mən: “Əlbəttə, Ey Allahın Rəsulu” – dedim. O, əli ilə öz dilini tutub dedi: “Bunu, saxla!”. Mən: “Ey Allahın Peyğəmbəri! Məgər biz, danışdığımız sözlərə görə hesaba çəkiləcəyik?!” – dedim. Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: “Anan səni itirsin ey Muaz! Məgər insanları üzüstə yaxud burunları üzərində Cəhənnəmə sürükləyən yalnız dilləri ilə biçdikləri (dilləri ilə etdikləri) günahlar deyilmi?!”.
Səhih Ət-Tirmizi rəvayət etdi.