Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 40

Filtrləri təmizlə
"Allah hər bir şeylə gözəl davranmağı əmr etmişdir. Elə isə (haqlı olaraq) birisini öldürdükdə, onu gözəl tərzdə öldürün. Habelə, heyvan kəsdikdə, onu gözəl tərzdə kəsin. Sizdən biriniz bıçağını itiləsin və kəsəcəyi heyvanı rahatlasın".
Səhih Muslim rəvayət etdi.
"Bir-birinizə həsəd etməyin, bir-birinizi aldadaraq qiyməti qaldırmayın, bir-birinizə nifrət bəsləməyin, bir-birinizə arxa çevirməyin, biriniz digərinizin satışı üzərinə satış etməsin. Ey Allahın qulları, qardaş olun!. Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onu köməksiz qoymaz və onu alçatmaz". Peyğəmbər (sallallahu aleyhi va səlləm) sinəsinə işarə edərək üç dəfə: "Təqva buradadır" – deyə təkrar etdi. "Kişiyə müsəlman qardaşını alçaltması şər olaraq kifayət edər. Hər bir müsəlman üçün digər bir müsəlmanın qanı, malı və namusu haramdır".
Səhih Muslim rəvayət etdi.
Dedim: “Ey Allahın Rəsulu, mənə İslamda elə bir şey söylə ki, onu səndən başqa heç kimdən soruşmayım. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: De ki: "Allaha iman gətirdim, ardınca da doğru yolu tut".
Səhih Muslim rəvayət etdi.
"Sizlərdən biriniz bir münkər gördükdə, onu əli ilə dəyişsin, əgər bacarmırsa, dili ilə dəyişsin, əgər onu da bacarmırsa, qəlbi ilə dəyişsin, bu isə imanın ən zəif dərəcəsidir".
Səhih Muslim rəvayət etdi.
"Uca Allah belə demişdir: Kim mənim bir vəlimə (dostuma, yaxın quluma) düşmənçilik edərsə, mən ona müharibə elan edərəm. Qulum Mənə, ona fərz etdiyim ibadətlərdən daha sevimli başqa bir şeylə yaxınlaşa bilməz. Qulum mənə nafilə ibadətlərlə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Mən onu sevdikdə, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən bir şey istəsə, ona verərəm, Mənə sığınsa, onu qoruyaram".
Səhih Əl-Buxari rəvayət etdi.
"Din nəsihətdir". Biz dedik: Kimə? Peyğəmərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun): "Allaha, kitabına, rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəmanlara" - deyə buyurdu.
Səhih Muslim rəvayət etdi.
“Süd əmizdirmə, doğuşun haram etdiyi şeyləri haram edir”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Sizə Allahdan qorxmağı, əmiriniz bir kölə olsa belə, ona tabe olub, itaət etməyi tövsiyyə edirəm. Məndən sonra sizdən kim yaşasa çoxlu ixtilaflar görəcəkdir. Belə olduğu təqdirdə siz mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun. Bundan azı dişlərinizlə yapışın. Dinə əlavə edilmiş yeniliklərdən çəkinin, çünki hər bir yenilik zəlalətdir”.
Səhih Əbu Davud, Ət-Tirmizi rəvayət etdilər.