عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
473 Hədislər
Peyğəmbər Hədisləri Ensiklopediyası
Kateqoriyalar
Hədisin dərəcəsi
Rəvayət olunduğu mənbə
Qalan mənbələri göstər
Ravi
Bütün raviləri göstər (23)
Bir gün biz Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) ətrafında oturduğumuz zaman qəflətən içəriyə dümağ paltarlı, zil qara saçlı, üzərində səfərdən əsər-əlamət olmayan və heç birimizin tanımıdığı bir adam daxil oldu. O Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) önündə oturub, dizlərini onun dizlərinə söykədi. Sonra əllərini dizləri üzərinə qoyub belə dedi:
"Ey Muhəmməd, mənə islam haqqında xəbər ver!"
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "İslam, Allahdan başqa ibadətə layiq ilah olmadığına, Muhəmmədin Allahın elçisi olduğuna şəhadət etməyin, namaz qılmağın, zəkat verməyin, Ramazan ayının orucunu tutmağın və imkanın olduğu təqdirdə Allahın evini (Kəbəni) həcc etməyindir."
Sual verən şəxs: "doğru söylədin" - dedi.
"Biz buna təəccübləndik, o həm soruşur, həm də təsdiqləyirdi."
Sonra o dedi: "Ey Muhəmməd, mənə iman haqqında xəbər ver!". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "İman: Allaha, Onun mələklərinə, peyğəmbərlərinə, kitablarına, axirət gününə və qədərə - xeyrinə və şərinə - inanmağındır."
Sual sahibi: "Doğru söylədin." dedi. Sonra: "Ey Muhamməd! Mənə İhsan haqqında söylə" deyə buyurdu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun):
"İhsan odur ki, Allaha ibadəti sanki Onu görürmüşsən kimi edirsən, əgər bunu bacarmasan, O səni görürmüş kimi ibadət et." deyə cavab verdi.
Sual sahibi (bu dəfə): "Qiyamət nə vaxt qopacaq?" deyə soruşdu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun):
"Soruşulan bu xüsusda soruşandan daha məlumatlı deyildir." - deyə cavab verdi. Həmin adam təkrar sual verdi: "O halda, Qiyamətin əlamətləri nədir?". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:
"Cariyənin öz ağasını dünyaya gətirməsi, həmçinin yalın ayaq, çılpaq, yoxsul çobanların (yəni bədəvilərin), yüksək binalar tikməkdə bir birilərilə yarışdıqlarını görməyindir."
Sonra həmin şəxs çıxıb getdi.
(Ömər dedi): Bir müddət dayandım, sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə:
"Ey Ömər! O sualları soruşan şəxsin kim olduğunu bilirsənmi?" deyərək soruşdu. Dedim: "Allah və Rəsulu doğrusunu bilir." Peyəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "O, Cəbrayıl idir. Sizə dininizi öyrətmək üçün gəlmişdi."
Səhih Muslim rəvayət etdi.
Peyğəmbərin (sallallahu aleyhi va səlləm) səhabələrindən bir dəstə adam ona bele dedi: “Ey Allahın Rəsulu, var-dövlət sahibləri bizdən çox savab qazanırlar. Onlar bizim kimi namaz qılır, bizim kimi oruc tutur və üstəlik mallarının artığını sədəqə verirlər”. Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: "Məgər Allah sizə sədəqə edəcək şey verməmişdirmi?! Həqiqətən, hər bir təsbih (sübhənallah kəlməsi) sədəqədir, hər bir təkbir (Allahu Əkbər kəlməsi) sədəqədir, hər bir təhmid (Əlhəmdulilləh kəlməsi) sədəqədir, hər bir təhlil ("Lə iləhə illəllah" kəlməsi) sədəqədir, yaxşılığı əmr etmək sədəqədir, pis işlərdən çəkindirmək sədəqədir, habelə, sizdən birinizin (öz zövcəsi ilə) yaxınlıq etməsi də sədəqədir". Səhabələr soruşdular: “Ey Allahın Rəsulu! Birimiz (öz zövcəsi ilə) yaxınlıq edir və buna görə savabmı qazanır?” Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə dedi: "Məgər haram yolla yaxınlıq etdikdə, buna görə günah qazanmır?! Eləcə də, halalı ilə yaxınlıq etdikdə, savab qazanır".
Səhih Muslim rəvayət etdi.
"Allah və Rəsulu şərab, ölü əti, donuz və bütlərin satışını haram etmişdir", Deyildi: Ey Allahın Rəsulu, ölü heyvanın piyi necə? Çünki, onunla gəmilər rənglənir, dərilər yağlanır, insanlar onunla çıraqlarını yandırır. O (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Xeyr, o (satışı) haramdır", sonra davam edərək dedi: "Allah yəhudiləri məhv etsin. Allah onlara heyvanların piyini haram etdikdə, onlar onun yağını yığıb, sonra satdılar və pulunu yedilər".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Doğru söz sahibi və doğruluğu təsdiqlənmiş Allah Rəsulu (salləllahu aleyhi va səlləm) bizə belə buyurdu: "Sizlərdən birinizin yaradılışı (embrion) anasının bətnində qırx gündə cəm edilir, sonra həmin müddətdə laxtalanmış qana çevrilir, sonra növbəti qırx gündə ət parçasına çevrilir, sonra ona mələk göndərilir və mələk ona ruh üfürür. Ona dörd şeyi: ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını - yazmaq əmr edilir. Özündən başqa heç bir ilah olmayana and olsun ki, sizlərdən biriniz Cənnət əhlinin əməlini edər, onun Cənnətə daxil olmasına bir qarış qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayar və o, Cəhənnəm əhlinin əməlini edərək Cəhənnəmə daxil olar. Sizlərdən biriniz Cəhənnəm əhlinin əməlini edər, onun Cəhənnəmə düşməsinə bir qarış qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayar və o, Cənnət əhlinin əməlini edərək cənnətə daxil olar".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
"Şübhəsiz ki, halal olan şeylər bəllidir, haram olan şeylər bəllidir, onların arasında əksər insanların bilmədiyi şübhəli məsələlər var. Kim şübhələrdən çəkinərsə, dinini və şərəfini qorumuş olar. Lakin kim şübhələrə uyarsa, harama düşmüş olar. (Onun misalı) Qoruğun ətrafında sürüsünü otaran çobanın misalı kimidir, onun sürüsü sanki qadağan edilən qoruğa daxil olmaq istəyir. Bilin ki, hər hökmdarın öz qoruğu vardır. Allahın qoruğu da, onun haramlarıdır. Agah olun ki, bədəndə bir ət parçası vardır ki, o sağlam olarsa bütün bədən sağlam olar, o pozularsa, bədənin bütün əzaları pozular. Bilin ki, bu qəlbdir".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.