Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 20

Filtrləri təmizlə
Peyğəmbər (sallallahu əleyhi va səlləm) onu (Əbu Musanı) Yəmənə göndərdi. Əbu Musa Peyğəmbərdən (sallallahu əleyhi va səlləm) orada hazırlanan içkilər barədə soruşdu. Peyğəmbər (sallallahu əleyhi va səlləm) dedi: "O nədir?". Əbu Musa dedi: "əl-Bit və əl-Mizr". Əbu Burdədən soruşdular: "əl-Bit nədir?". O dedi: "Baldan hazırlanmış şərabdır, Mizr isə arpadan hazırlanmış şərabdır". Peyğəmbər (sallallahu əleyhi va səlləm) buyurdu: "Hər bir sərxoşedici (içki) haramdır". Hədisi Buxari rəvayət etmişdir.
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
"Dörd xislət vardır ki, bunlar kimdə olarsa o, xalis münafiq sayılar. Hər kimdə bunlardan biri olarsa, onu tərk edənə qədər özündə nifaqdan bir xislət qalmış olar. Bu xislətlər bunlardır: Danışdığı zaman yalan danışar. Vəd verdikdə vədinə xilaf çıxar. Mübahisə etdikdə haqsızlıq edər. Əhd bağladıqda əhdini pozar".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
"Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
"Uca Allah belə demişdir: Kim mənim bir vəlimə (dostuma, yaxın quluma) düşmənçilik edərsə, mən ona müharibə elan edərəm. Qulum Mənə, ona fərz etdiyim ibadətlərdən daha sevimli başqa bir şeylə yaxınlaşa bilməz. Qulum mənə nafilə ibadətlərlə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Mən onu sevdikdə, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən bir şey istəsə, ona verərəm, Mənə sığınsa, onu qoruyaram".
Səhih Əl-Buxari rəvayət etdi.
“Süd əmizdirmə, doğuşun haram etdiyi şeyləri haram edir”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Əgər insanların istədikləri onlara iddialarına görə verilmiş olsaydı, o zaman onların bir qismi digərlərinin qanını və malını iddia etmiş olardı. Lakin iddia edən şəxs dəlil-sübut gətirməli, bu iddianı inkar edən şəxs isə and içməlidir”.
Həsən Hədisi Beyhəqi və başqaları bu şəkildə rəvayət etmişdir, bir qismi isə Buxari və Müslimdədir.
"İnsanların ilkin peyğəmbəlik kəlamından bildikləri sözlərdən biri: Utanmırsansa, istədiyini et" - sözüdür.
Səhih Əl-Buxari rəvayət etdi.
"Allaha və axirət gününə iman gətirən, ya xeyir söyləsin, ya da sussun, Allaha və axirət gününə iman gətirən qonşusuna yaxşılıq etsin, kim Allaha və axirət gününə iman gətirirsə, qonağına qarşı səxavətli və əliaçıq olsun".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)