Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 99

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Ravi

Bütün raviləri göstər (48)
O, Allah Rəsulu ilə (Allahın salavatı və salamı onun üzərinə olsun) bəzi səfərlərdə bir yerdə olmuşdur və deyir ki, günlərin birində: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanlar gecələdikləri yerdə ikən onlara bir elçi göndərərək belə əmr etdi: " Əgər hər hansı bir dəvənin boynunda kaman ipi və ya boyunbağı varsa o kəsilib atılsın."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Dedim: "Ey Allahın Rəsulu, ibn Cud'an cahiliyyədə qohumluq əlaqələri saxlayır, yoxsulu yedizdirərdi , bu ona fayda verəcəkmi? Dedi: Fayda verməyəcək, çünki o, bir gün olsa belə, "Rəbbim! Qiyamət günü günahlarımı bağışla" söyləməyib."
Səhih Muslim rəvayət etdi.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Uca Allahdan belə rəvayət etmişdir: "Ey qullarım, Mən zülmü Özümə haram etdim və sizin də aranızda onu haram buyurdum, elə isə bir-birinizə zülm etməyin. Ey qullarım! Hidayət verdiyim kəslərdən başqa hamınız zəlalətdəsiniz, elə isə Məndən hidayət diləyin, sizi doğru yola yönəldim. Ey qullarım! Mənim yedirdiyim kəslərdən başqa hamınız acsınız, elə isə Məndən yemək istəyin, sizi yedirdim. Ey qullarım! Mənim geyindirdiyim kəslərdən başqa hamınız çıplaqsınız! Elə isə Məndən geyim istəyin, sizi geyindirim. Ey qullarım! Siz gecə-gündüz günah işlər görürsünüz. Mən isə bu günahların hamısını bağışlayıram. Elə isə Mən­dən bağışlanma diləyin, Mən də sizi bağış­la­yım. Ey qullarım! Siz heç vaxt Mənə zərər verə bilməzsiniz və siz heç vaxt Mənə fayda verə bilməzsiniz. Ey qullarım! Əgər sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bütövlüklə, aranızda Allahdan ən çox qorxan adamın qəlbinə sahib olsalar belə, bu, Mənim mülkümdə bir şeyi belə artırmaz. Ey qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bütövlüklə, aranızdakı ən günahkar adamın qəlbinə sahib olsalar belə, bu, Mənim mülkümdən heç nəyi əskiltməz. Ey qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bir yerə toplanıb Məndən istəsələr və Mən onların hər birinin istə­diyini versəm, bu, sanki nəhəng dənizə iynəni batırıb çıxaran zaman dəniz suyunun əskilmədiyi kimi, Mənim də mülkümdən heçnə əskilməz. Ey qullarım, bu sizin əməllərinizdir. Onları sizin üçün hesaba alıram, sonra əvəzini verəcəm. Odur ki, kim xeyir tapsa, Allaha həmd etsin, əks halda qoy kimsə özündən başqa heç kəsi qınamasın”.
Səhih Muslim rəvayət etdi.
Müsəlmandan qəbirdə soruşulduqda: Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna şəhadət verər”, və bu, Allahın bu ayəsidir: {Allah iman gətirənləri dünya həyatında və axirətdə möhkəm sözlə sabit edər.} (İbrahim, 27)
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Əməllər niyyətə görədir, həqiqətən insan niyyəti üzərindədir, kimin hicrəti Allah və rəsulu üçün olarsa, onun hicrəti Allah və rəsulu üçündür, kimin hicrəti əldə edəcəyi dünya və evlənəcəyi qadın olarsa, hicrəti də niyyətinə uyğun olar". Buxarinin ləfzində: "Əməllər niyyətlərə görədir, hər kəsə niyyətinə görə verilir."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Ummu Sələmə Allahın Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) Həbəşistanda gördüyü Məriya adlanan bir kilsə və onun içərisində gördüyü təsvirlər barədə bəhs etdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə buyurdu: “Onlar elə bir tayfadır ki, içərilərindən əməlisaleh bir qul və ya əməlisaleh kişi öldüyü zaman onun qəbri üzərində məscid tikərlər və həmin təsvirləri orada çəkərlər. Onlar Allah dərgahında məxluqatın ən şərlisi və ən pisidir".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Həqiqətən, Uca Allah Pakdır və yalnız Pak olanları qəbul edər. Həqiqətən, Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir. Uca Allah buyurur: (Ey Peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün!). O, həmçinin, buyurur: (Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz təmiz və halal nemətlərdən yeyin). Sonra Peyğəmbər (sallallahu əleyhi va səlləm) uzun müddətli səfərə çıxmış, saçları dağınıq, üst-başı da toz-torpaq içində olan və bu halda əllərini göyə qaldırıb: “Ya Rəbb, ya Rəbb!” – deyə yalvaran birisini xatırlatdı. Peyğəmbər (sallallahu əleyhi va səlləm) davam edib belə dedi: Onun yediyi, haram, içdiyi haram, geydiyi haram və haramla qidalanmışdır. Beləsinin duası necə qəbul ola bilər?!".
Səhih Muslim rəvayət etdi.
«Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və bir-birlərinə qarşı şəfqətli olmaqda bir bədən kimidirlər. Bədənin bir üzvü şikayət etsə (xəstə olsa), digər bədən üzvləri də bu səbəbdən yuxusuzluğa və qızdırmaya tutular».
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)