Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 23

Filtrləri təmizlə
Həqiqətən insanların ən yaramazı Qiyamətin qopacağı an hələ də həyatda olanlar və qəbirləri məscidlərə çevirənlərdir.
Həsən Əhməd rəvayət etdi.
"Kim bir müsəlmana zərər verərsə, Allah da ona zərər verər. Kim bir müsəlmanı çətinliyə salarsa, Allah da onu çətinliyə salar."
Həsən Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
"Zaman qısalmayınca Qiyamət qopmaz, il ay kimi, ay həftə kimi, həftə bir gün kimi, gün saat kimi və saat xurma yarpağının yanma müddəti kimi olacaq."
Səhih Əhməd rəvayət etdi.
Rəsulullahın (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına bir qrup gəldi ve o, doqquz nəfərin beyətini qəbul etdi ve birinin beyətini qəbul etmədi. Onlar dedilər ki: Ey Allahın Rəsulu, doqquz kişinin beyətini qəbul edib, bunu tərk etdinmi? Allahın Rəsulu "Onun üzərində təmimə (muska) var" dedi. Həmin adam əlini (paltarının içinə) saldı və təmiməni kəsdi. Allah Rəsulu da, həmin adamın beyətini qəbul etdi və dedi: "Kim təmimə taxarsa, artıq Allaha şərik qoşmuş olar".
Həsən Əhməd rəvayət etdi.
Mən Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birgə səfərdə idim. Bir gün, biz yol gedərkən ona yaxınlaşdım və dedim: "Ey Allahın Rəsulu, məni Cənnətə daxil edəcək və Cəhənnəmdən uzaqlaşdıracaq əməl barədə mənə xəbər ver!". Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: "Sən məndən əzəmətli bir əməl barədə soruşdun. Həqiqətən də o Allahın asanlaşdırdığı kimsələr üçün asandır. Gərək, Allaha ibadət edəsən və Ona heç bir şeyi şərik qoşmayasan, namazı qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və Kəbəni ziyarət edəsən”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Səni xeyir qapılarına yönəldimmi? Oruc qalxandır. Sədəqə suyun odu söndürdüyü kimi günahları söndürür (silir). Kişinin gecənin ortasında qıldığı namazı da, habelə”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ayəni oxudu: “Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Etdikləri əməllərin mükafatı olaraq onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Sənə dinin başı, onun dirəyi və ən uca zirvəsi barədə xəbər verimmi?” Mən dedim: "Bəli, Ey Allahın Rəsulu". O, buyurdu: “Dinin başı İslam, dirəyi namaz, ən uca zirvəsi isə cihaddır”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Sənə bunların hamısını özündə cəm edən xislət barədə xəbər verimmi?”. Mən dedim: "Əlbəttə, Ey Allahın Rəsulu". O, əli ilə öz dilini tutub dedi: “Bunu, saxla!” Mən dedim: "Ey Allahın Peyğəmbəri! Məgər biz, danışdığımız sözlərə görə hesaba çəkiləcəyik?!". Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Anan səni itirsin ey Muaz! Məgər insanları üzüstə yaxud burunları üzərində Cəhənnəmə sürükləyən yalnız dilləri ilə əkdiklərinin bəhrəsi deyilmi?!”.
Rəvayət yollarının məcmusuyla səhih olan Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi.
"Mömin kişi və mömin qadının, günahlardan tam təmizlənmiş halda Allahla qarşılaşana qədər özündə, övladlarında və malında bəla baş verməyə davam edər".
Həsən Ət-Tirmizi və Əhməd rəvayət ediblər.
“Gecə və gündüzün çatdığı hər yerə bu iş də (İslam dini) çatacaqdır. Allah, qüdrətlinin izzəti və zəlilin zilləti ilə, bu dini daxil etmədiyi nə bir şəhər, nə də ki bir kənd evi buraxmayacaq, Allahın İslamla izzətləndirdiyi şərəflənəcək, küfrlə zəlil etdiyi isə zəlil olacaqdır”. Və Təmim əd-Dəri deyərdi: “Mən bunu öz ailəmdə müşahidə etdim, artıq onlardan İslamı qəbul edənlərə xeyir, şərəf və izzət nəsib oldu. Onlardan kafir olanlara isə zillət, alçaldılma və cizyə vermək nəsib oldu.
Səhih Əhməd rəvayət etdi.