Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 22

Filtrləri təmizlə

Hədisin dərəcəsi

"Yaxşılıq: gözəl əxlaqdır. Günah isə qəlbini narahat edən və insanların bilməsini istəmədiyin şeydir".
Səhih Birinci hədisi Müslim rəvayət etmişdir, ikinci hədisi isə Əhməd və Darimi rəvayət etmişdir.
"Dürüstlük (doğru danışmaq) üzərinizə vacibdir, çünki dürüstlük xeyirə, xeyir isə cənnətə aparır, insan o qədər doğru danışar və ona bağlı qalar ki, hətta Allah yanında doğru danışan kimi yazılar. Yalandan çəkinin, çünki, yalan pisliyə, pislik isə cəhənnəmə aparır. İnsan o qədər yalan danışar və ona bağlı qalar ki, hətta Allah yanında yalançı kimi yazılar".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Güclü, güləşdə qalib gələn deyil, həqiqi güclü, qəzəb zamanı nəfsini cilovlayan insandır".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim mülayimlikdən məhrum olarsa, xeyirdən məhrum olar”.
Səhih Muslim rəvayət etdi.
"Həqiqətən hər bir əməldə yumşaq davranmaq əməli bəzəyər, yoxluğu isə həmin əməli çirkin edər".
Səhih Muslim rəvayət etdi.
"Allah hər bir şeylə gözəl davranmağı əmr etmişdir. Elə isə (haqlı olaraq) birisini öldürdükdə, onu gözəl tərzdə öldürün. Habelə, heyvan kəsdikdə, onu gözəl tərzdə kəsin. Sizdən biriniz bıçağını itiləsin və kəsəcəyi heyvanı rahatlasın".
Səhih Muslim rəvayət etdi.
"Bir-birinizə həsəd etməyin, bir-birinizi aldadaraq qiyməti qaldırmayın, bir-birinizə nifrət bəsləməyin, bir-birinizə arxa çevirməyin, biriniz digərinizin satışı üzərinə satış etməsin. Ey Allahın qulları, qardaş olun!. Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onu köməksiz qoymaz və onu alçatmaz". Peyğəmbər (sallallahu aleyhi va səlləm) sinəsinə işarə edərək üç dəfə: "Təqva buradadır" – deyə təkrar etdi. "Kişiyə müsəlman qardaşını alçaltması şər olaraq kifayət edər. Hər bir müsəlman üçün digər bir müsəlmanın qanı, malı və namusu haramdır".
Səhih Muslim rəvayət etdi.
Bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək dedi: "Mənim miniyim-heyvanım həlak oldu, mənə minik ver". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Yoxumdur". Orada olan bir kişi dedi: "Ey Allahın Rəsulu, mən ona minik verəcək kimsəyə yönəldərəm". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Kim xeyirə yönəldərsə, o, xeyir iş görənlə əcrdə şərik olar."
Səhih Muslim rəvayət etdi.