Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 5

Filtrləri təmizlə

Hədisin dərəcəsi

“Müsəlmanın başına gələn bəlalar içərisində elə bir yorğunluq, xəstəlik, dərd, kədər, əziyyət və sıxıntı, qəm, hətta bədəninə batan tikan kimi bəla yoxdur ki, Allah buna görə onun günahlarını bağışlamasın”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına bir kişi gəlib belə dedi: Ey Allahın Rəsulu, (insanı cənnətə və cəhənnəmə salan) iki səbəb nədir? Dedi: "Kim Allaha şərik qoşmadan ölərsə cənnətə daxil olar, kim Allaha şərik qoşaraq ölərsə cəhənnəmə daxil olar".
Səhih Muslim rəvayət etdi.
Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərdə yəhər üzərində arxasına aldığı yol yoldaşı Muaza üç dəfə: “Ey Muaz ibn Cəbəl” - deyə səslənir, Muaz da 3 dəfə: “Buyur, ey Allahın Rəsulu, əmrindəyəm” - deyə cavab verir. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə deyir:“Kim Allahdan başqa məbud olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna ürəkdən ixlasla şəhadət edərsə, Allah cəhənnəmi ona haram edər". Bu zaman Muaz soruşur: "Ey Allahın Rəsulu, bu şad xəbəri insanlara çatdırımmı, sevinsinlər?". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: “Onda insanlar arxayınlaşarlar”. Yalnız ölümünə yaxın Muaz - elmi gizlətmək günahından - qurtulmaq üçün bu bilgini xəbər vermişdir.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Bir dəfə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Ufeyr adlanan uzunqulağın belində öndə , mən isə arxada oturmuşdum. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) (mənə) dedi: "Ey Muaz, Allahın qulları üzərindəki və qulların Allah üzərindəki haqlarını bilirsənmi?". Dedim: "Allah və Rəsulu ən doğrusunu bilir". Dedi: "Allahın qulları üzərində haqqı Ona ibadət edərək, Ona heç bir şeyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqları isə, Ona şərik qoşmayan kəsə əzab verməməsidir.". Mən dedim: "Ey Allahın Rəsulu! Bununla insanları müjdələməyimmi?". O isə: "Müjdələmə, yoxsa arxayınlaşarlar" - dedi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) əmisinə belə dedi: "Lə iləhə illallah" de ki, buna görə Qiyamət günü sənə şahidlik edim". Əmisi dedi: Qureyş məni ələ salıb, "qorxduğu üçün bunu etdi" - deməsəydilər, sənin istədiyini edərdim. Uca Allah bu ayəni nazil etdi: "Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldər" (Əl-Qasas 28 surəsi, ayə 56).
Səhih Muslim rəvayət etdi.