Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 82

Filtrləri təmizlə

Ravi

Bütün raviləri göstər (46)
"Kim gecə Bəqərə surəsinin son iki ayəsini oxuyarsa, ona yetər".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Dedim: Ey Allahın Rəsulu, mənə elə bir şey öyrət ki, onu izzət və cəlal sahibi olan Allahdan istəyim. Dedi: “Allahdan salamatlıq istə!” Mən bir neçə gün gözlədim, sonra yenə gəlib dedim: “Ey Allahın Rəsulu, mənə elə bir şey öyrət ki, onu Allahdan istəyim. Mənə dedi: "Ey Abbas, ey Allah Rəsulunun əmisi, Allahdan dünya və axirətdə salamatlıq istə"
Başqasıyla səhih olan Ət-Tirmizi və Əhməd rəvayət ediblər.
"Günahını aşkarda edənlərdən başqa bütün ümmətim bağışlanacaq. Bir kişinin gecə pis iş görüb, sonra Allah o əməlini örtdüyü halda səhər qalxıb: Ey filankəs! - mən axşam belə bir iş etmişəm - deməsi, günahı aşkara çıxarmaqdan sayılır. Rəbbi gecə günahını örtdüyü halda, o, isə səhər Allahın örtdüyünü aşkar edir”. ​
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Həqiqətən, Allah Əzzə və Cəllə günəş batdığı yerdən çıxana qədər gecə əlini uzadır ki, gündüzün günahkarı tövbə etsin, gündüz də əlini uzadır ki, gecənin günahkarı tövbə etsin".
Səhih Muslim rəvayət etdi.
{Sonra da o gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız}. [Təkəsur surəsi: 8] ayəsi nazil olduqda Zubeyr (Allah ondan razı olsun): Ey Allahın Rəsulu! Hansı nemətlərdən hesaba çəkiləcəyik, xurma və sudanmı?! deyə soruşdu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): «Şübhəsiz ki bunlardan hesaba çəkiləcəksiniz» deyə buyurdu.
Həsən Ət-Tirmizi və İbnu Məcə rəvayət etdi.
"İnsan evinə daxil olduğu zaman və yeməyə başlayarkən Allahı zikr edərsə, şeytan köməkçilərinə deyər: Sizə bu evdə gecələmək üçün yer və şam yeməyindən pay yoxdur. Lakin insan evinə girərərkən Allahı zikr etməzsə, şeytan öz ardıcıllarına deyər: Gecələməyə yeriniz var. Yemək yediyində Allahı zikr etməzsə şeytan onlara deyər ki, artıq həm gecələməyə yeriniz, həm də yeməkdən payınız vardır".
Səhih Muslim rəvayət etdi.
Bir bədəvi ərəb (səhrada yaşayan) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi və dedi: "Mənə söyləməyə zikr öyrət". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:: "De:Ləə iləhə illallahu vəhdəhu lə şərikə ləhu, Allahu Əkbər kəbiran, vəl-həmdu lilləhi kəsiran, Subhənallahi Rabbil-ələmin, lə həvlə və ləə quvvətə illə billəhil-əzizil-həkim!" (Tək Olan Allahdan başqa ilah yoxdur, onun şəriki yoxdur, Allah ən böyükdür. Allaha çoxlu həmd olsun, aləmlərin Rəbbi olan Allah eyib və nöqsanlardan Pakdır! Qüdrətli və Hikmət sahibi Allahdan başqa heç bir güc və qüdrəti olan yoxdur!) Bədəvi ərəb dedi: Bunlar Rəbbim üçündür. Bəs özüm üçün nə söyləyim? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "De: "Allahumməğfirli, vərhəmni,vəhdini,vərzuqni!" (Allahım, məni bağışla, mənə rəhm et, mənə hidayət et və məni ruziləndir!).
Səhih Muslim rəvayət etdi.
“Ey insanlar, həqiqətən, Uca Allah pakdır və yalnız pak olanları qəbul edər. Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir. Uca Allah buyurur: “Ey peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!” [Muminun 23 surəsi, ayə 51]. O, həmçinin, buyurur: “Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz təmiz və halal nemətlərdən yeyin!” [Bəqərə 2 surəsi, ayə 172]. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) uzun müddətli səfərə çıxmış, saçları dağınıq, üst-başı da toz-torpaq içində olan və bu halda əllərini göyə qaldırıb: “Ya Rəbb, ya Rəbb!”– deyə yalvaran birisini xatırlatdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) davam edib dedi: "Onun yediyi haram, içdiyi haram, geydiyi haram – haramla qidalanmışdır. Beləsinin duası necə qəbul ola bilər?!”.
Səhih Muslim rəvayət etdi.