عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Fon Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Türkmen - Turkmen Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
473 Hədislər
Peyğəmbər Hədisləri Ensiklopediyası
التصنيف الشرعي
Hədisin dərəcəsi
Rəvayət olunduğu mənbə
Ravi
Bütün raviləri göstər (21)
"Sizlərdən biriniz, mən ona valideynindən, övladından və bütün insanlardan sevimli olmayınca iman gətirmiş olmaz".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
التصنيف الشرعيأعمال القلوب، الإيمان بنبينا محمد صلى الله عليه وسلم، الإيمانموضوعات الحديثحقوق النبي ﷺ، المحبة
Şirk əhlindən olub bir çox insan öldürmüş, çox zina etmiş bir toplum insan Məhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib:" Sənin söylədiklərin və dəvət etdiyin şey gözəldir. Kaş ki bizim etdiyimiz günahların bir kəfarəsi olduğunu bizə xəbər versəydin" - dedilər. Bu zaman Uca Allahın: "Onlar Allahla yanaşı başqa məbuda ibadət etməz, Allahın haram etdiyi canı haqsız yerə qətlə yetirməz və zina etməzlər...." [Furqan 25 surəsi, ayə 68] və "(Ey Peyğəmbər!) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin...." [Zümər 39 surəsi, ayə 53] ayəsi nazil oldu.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
التصنيف الشرعيأسباب النزول، التوبة، تفسير الآيات، الإسلامموضوعات الحديثالقرآن وعلومه، سعة فضل الله عز وجل، التوبة، القنوط من رحمة اللهمحاور التعريف بالإسلامفوائد الدخول في الإسلام، النجاة بالدخول في الإسلام
Günəş batdığı yerdən çıxmayınca Qiyamət qopmaz. İnsanlar günəşin məğribdən çıxdığını gördükdə hamısı Allaha iman gətirəcəklər, bu Allahın { Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir”.} (Əl-ənam, 158) deyə buyurduğu həmin zamandır. Mütləq ki, satıcı paltarı alıcıya təqdim etmək üçün önünə sərəcək, onlar alış-veriş etmədən və paltarı bükmədən Qiyamət qopacaq, mütləq ki, bir insan dəvəsinin südünü sağacaq, onu içmədən Qiyamət qopacaq, mütləq ki, bir insan hovuzunu suvağlayacaq, onu su ilə doldurmadan Qiyamət qopacaq, mütləq ki, sizlərdən biri yeməyini ağzına aparacaq, onu yemədən Qiyamət qopacaq.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
التصنيف الشرعيالتوبة، تفسير الآيات، أشراط الساعةموضوعات الحديثالقرآن وعلومه، أشراط الساعة، التوبةمحاور التعريف بالإسلامالمبادرة وعدم التسويف، خطورة الإعراض عن الحق
Fatimə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi və dəyirman daşından əlinə düşmüş izdən şikayətləndi və Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına bir qulun gəldiyi xəbəri ona çatmışdı. Lakin Fatimə Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) tapmadı və bunu Aişəyə söylədi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) gəldikdə Aişə bunu ona xəbər verdi.
(Əli) dedi: Biz çarpayımıza uzanmışdıq ki, o, yanımıza gəldi, biz ayağa qalxmaq istədikdə, O, “Yerinizdə oturun” dedi və gəlib aramızda əyləşdi, hətta mən onun ayaqlarının soyuqluğunu qarnımda hiss etdim. O, dedi: Sizi istədiyinizdən daha xeyirli bir şeyə yönəldimmi? Yatağınıza uzandıqda otuz üç dəfə "subhənallah", otuz üç dəfə "əlhəmdu lilləh", otuz dörd dəfə "Allahu Əkbər" söyləyin və bu sizin üçün xidmətçidən daha xeyirlidir."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
التصنيف الشرعيالأذكار للأمور العارضة
"Ölüm, ağ-qara qoç şəklində gətiriləcək və mələk səslənəcək: "Ey Cənnət əhli!" və onlar başlarını qaldırıraq baxacaqlar, mələk deyəcək: "Bunu tanıyırsınızmı?". Onlar - Bəli, bu ölümdür - deyəcəklər, hamı onu artıq dadmışdır. Sonra mələk səslənəcək: - "Ey cəhənnəm əhli" - və onlar başlarını qaldırıb baxacaqlar, sonra isə mələk onlara deyəcək: "Bunu tanıyırsınızmı?". Onlar - Bəli, bu ölümdür - deyəcəklər, hamı onu artıq dadmışdır. Sonra bu qoç kəsiləcək və mələk deyəcək: "Ey cənnət əhli, artıq ölüm yox, əbədilik var. Ey cəhənnəm əhli, artıq ölüm yox, əbədilik var".
Ardınca Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu: "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər" [Məryəm 19 surəsi, ayə 39] - dünyada olanlar hələ qəflətdədirlər: "və onlar iman gətirmirlər" [Məryəm 19 surəsi, ayə 39].
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
التصنيف الشرعيصفات الجنة والنار، تفسير الآيات، الحياة الآخرةموضوعات الحديثالقرآن وعلومه، الإيمان باليوم الآخرمحاور التعريف بالإسلامالجنة، النار، خطورة الإعراض عن الحق
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) izzət və cəlal sahibi olan Rəbbindən rəvayət edərək belə buyurdu:
"Bir qul günah edərək: "Ey Rəbbim, günahımı bağışla!" – dedi. Müqəddəs və pak olan Allah buyurdu: "Qulum günah etdi və bildi ki, günahı bağışlayan və bu günaha görə hesaba çəkən Rəbbi vardır". Sonra qul yenidən günah etdi və dedi: "Rəbbim mənim günahımı bağışla". Müqəddəs və pak olan Allah dedi: "Qulum günah etdi və bildi ki, günahı bağışlayan və bu günaha görə hesaba çəkən Rəbbi vardır". Sonra qul yenidən günah etdi və dedi: "Rəbbim mənim günahımı bağışla". Müqəddəs və pak olan Allah dedi: "Qulum günah etdi və dərk etdi ki, günahı bağışlayan və bu günaha görə hesaba çəkən Rəbbi vardır. Nə istəsən et, artıq səni əfv etdim!".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
التصنيف الشرعيفضل الدعاء، التوبةموضوعات الحديثالدعاء، سعة فضل الله عز وجل، التوبةمحاور التعريف بالإسلامصفات الله تعالى
"Həlak edən yeddi günahdan çəkinin!” “(Səhabələr:) “Nədir onlar, ey Allahın Rəsulu?” deyə soruşdular. Peyğəmbər - salləllahu aleyhi va səlləm - buyurdu: “Allaha şərik qoşmaq, sehir etmək, Allahın haram buyurduğu canı haqsız yerə öldürmək, sələm yemək, yetimin malını yemək, döyüş meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu və ismətli mömin qadınları zinada ittiham etmək".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
التصنيف الشرعيالربا، الأخلاق الذميمة، ذم المعاصي، الشركموضوعات الحديثالربا، قتل النفس، الزنا، قذف المحصنات، أكل مال اليتيم، قذف المحصنات، السحرمحاور التعريف بالإسلامبطلان الشرك وصوره
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) gecə yağış yağdıqdan sonra əl-Hudeybiyyə ərazisində bizə sübh namazını qıldırdı. Namazını bitirincə üzünü insanlara çevirib dedi: "Bilirsinizmi, Rəbbiniz nə buyurdu?". Oradakılar: "Allah və Rəsulu daha doğrusunu bilir" dedilər. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "(Allah buyurdu ki) Qullarımdan bir qismi mənə iman, bir qismi isə mənə küfr edərək sabahladı. Allahın lütfü və rəhməti ilə bizə yağış yağdırıldı deyənlər mənə iman etmiş və ulduzlara küfr etmişdir. Lakin, filan ulduz sayəsində bizə yağış yağdırıldı deyənlər isə mənə küfr edib, ulduzlara inananlardılar".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
التصنيف الشرعيالأذكار للأمور العارضة، توحيد الربوبية، الكفر، الشركموضوعات الحديثالذِّكْر، أهمية التوحيد، الشرك بالله وأقسامه، الكفر وأنواعه، الكهانة والعرافة والتنجيم وإتيان من يتلبس بهذه المنكرات، الشكرمحاور التعريف بالإسلامبطلان الشرك وصوره، ربوبية الله للعالمين، التذكير بنعم الله علينا