Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 6

Filtrləri təmizlə
"Allah cənnət və cəhənnəmi yaradanda Cəbrayılı (Allahın salamı onun üzərinə olsun) cənnətə göndərdi və dedi: "Ona və onun əhli üçün orada nə hazırladığıma bax". Cəbrayıl ona baxdı və qayıdaraq dedi: "İzzətinə and olsun ki, onu eşidən ora daxil olmaq istəyəcək". Sonra Allah cənnəti nəfsin sevmədiyi şeylərlə əhatə edilməsini əmr etdi və dedi: "Get, ona və onun əhli üçün orada nə hazırladıqlarıma bax". O gedib baxdı və cənnətin nəfsə ağır və çətin gələn əməllərlə əhatələndiyinü gördü və: "İzzətinə and olsun ki, ora kimsənin daxil olmayacağından qorxuram" - dedi. Allah buyurdu: "Get, cəhənnəmə və orada onun əhli üçün hazırladıqlarıma bax". Gedib cəhənnəmə baxanda onun bir hissəsinin digər hissəsinin üstünə çıxdığını gördü. Geri döndü və dedi: "İzzətinə and olsun ki, heç kəs ora girməyəcək". Sonra Allah cəhənnəmin şəhvətlərlə əhatələnməsini əmr etdi və dedi: "Qayıt və ona bax". Cəbrayıl cəhənnəmin şəhvətlərlə əhatələndiyini gördü və qayıdıb dedi: "İzzətinə and olsun ki, bir nəfər belə qalmayıb hər kəsin ora girəcəyindən qorxuram".
Həsən Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
"Rəbbin qula ən yaxın olan vaxtı gecənin sonudur, əgər sən o vaxt Allahı zikr edənlərdən ola bilirsənsə, ol".
Səhih Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
Yağışlı və şiddətli zülmət bir gecədə Allah Rəsulunu(Allahın salavatı və salamı onun üzərinə olsun) bizə namaz qıldırması üçün axtarmağa çıxdıq və onu tapdıq. O, dedi: “De”. Mən isə heç bir şey demədim. Sonra yenə dedi: “De”. Mən yenə heç bir şey demədim. Sonra yenə "De" dedi. Mən də: "Nə deyim?". dedim. Buyurdu: "Səhərə və axşama çıxdığında üç dəfə «"Qul huvallahu əhəd" və "Fələq" və "Nəss" surələrini oxu, hər cür şərrə qarşı sənə kifayət edər".
Səhih Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) rəvayət edilir ki, o, məscidə daxil olanda belə deyərdi: “ Əuzu billəhil-Azim və bivəchihil-kərim və sultanihil-qadim, minəşşeytanir-racim" Dedi: Bu qədərmi? Dedim: Bəli və dedi ki: “Əgər belə desə, şeytan deyər: “Günün qalan hissəsi məndən qorundu".
Həsən Əbu Davud rəvayət etdi.
"Əgər bir kəs günah edər, sonra dəstəmaz alaraq namaz qılar, sonra Allahdan bağışlanma diləyərsə, Allah onu bağışlayar". Ardınca bu ayəni oxudu: "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm et­dik­də Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər" [Ali İmran 3 surəsi, ayə 135].
Səhih Əbu Davud,Ət-Tirmizi, Ən-Nəsai Əl-Kubrada, İbnu-Məcə və Əhməd rəvayət etdi.
"Kim yemək yeyib: “Əlhəmdu-lilləhil-ləzi ətaməni həzə va razəqanihi min ğeyri həvlin minni və ləə qüvvətin (Mənim tərəfimdən heç bir güc və qüvvət sərf olmadan bunu mənə yedizdirən və mənə ruzi olaraq verən Allaha həmd olsun” desə, onun keçmiş günahları bağışlanar".
Həsən Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər