Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 47

Filtrləri təmizlə
"Allah dərgahında ən qəzəbinə gələn insanlar, mübahisə etdikdə həddi aşanlardır".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Mömin tənə edən, lənət edən, pis söz danışan və ədəbsiz davranan deyildir”.
Səhih Ət-Tirmizi rəvayət etdi.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) çirkin sözlər danışmaz və çirkin işlərə də can atmazdı və buyurardı: “Həqiqətən, sizin ən xeyirliniz gözəl əxlaq sahibi olanınızdır”. ​
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Həlak edən yeddi günahdan çəkinin!” “(Səhabələr:) “Nədir onlar, ey Allahın Rəsulu?” deyə soruşdular. Peyğəmbər - salləllahu aleyhi va səlləm - buyurdu: “Allaha şərik qoşmaq, sehir etmək, Allahın haram buyurduğu canı haqsız yerə öldürmək, sələm yemək, yetimin malını yemək, döyüş meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu və ismətli mömin qadınları zinada ittiham etmək".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Sizlərdən biriniz özü üçün istədiyini qardaşına istəmədikcə (kamil) iman gətirmiş olmaz".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Ədalətli olanlar Allah qatında, izzət və cəlal sahibi Rəhmanın sağındakı nurdan olan minbərlər üzərindədirlər. Allahın hər iki əli də sağdır, onlar hökmlərində, ailələrində və idarə etdikləri məsələlərdə adil davrananlardır".
Səhih Muslim rəvayət etdi.
"İnsanların ilkin peyğəmbəlik kəlamından bildikləri sözlərdən biri: Utanmırsansa, istədiyini et" - sözüdür.
Səhih Əl-Buxari rəvayət etdi.
«Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələcək başqa bir şey yoxdur. Həqiqətən Uca Allah, əxlaqsız və çirkin söz (və davranış) sahiblərinə nifrət edir».
Səhih Əbu Davud, Ət-Tirmizi rəvayət etdilər.