Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 57

Filtrləri təmizlə
«Sizdən biri məscidə daxil olduqda, oturmazdan əvvəl iki rükət namaz qılsın».
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"İslam beş təməl üzərində qurulub: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
"Cümə günü imam xütbə oxuyarkən yanındakı yoldaşına "Sus!" dersən, artıq lağlağa etmiş (cümənin savabını itirmiş) olursan".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Əsr namazını ilk çağında qılın, çünki Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Əsr namazını tərk edənin əməli batil olar".
Səhih Əl-Buxari rəvayət etdi.
Ummu Sələmə Allahın Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) Həbəşistanda gördüyü Məriya adlanan bir kilsə və onun içərisində gördüyü təsvirlər barədə bəhs etdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə buyurdu: “Onlar elə bir tayfadır ki, içərilərindən əməlisaleh bir qul və ya əməlisaleh kişi öldüyü zaman onun qəbri üzərində məscid tikərlər və həmin təsvirləri orada çəkərlər. Onlar Allah dərgahında məxluqatın ən şərlisi və ən pisidir".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Namazı ayaq üstə qıl, bacarmırsansa oturaraq qıl, ona da gücün çatmırsa, uzanaraq qıl".
Səhih Əl-Buxari rəvayət etdi.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər fərz namazdan sonra bu zikri edərdi: «Lə iləhə illə-Llahu vahdəhu lə şərikə ləh. Ləhul-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir. Allahummə, lə məniə limə ə'taytə va lə mu'tiyə limə mənə'tə va lə yənfəu zəl-cəddi minkəl-cədd».
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
«Müəzzini eşitdiyinizdə, siz də onun söylədiklərini təkrar edin. Sonra mənə salavat gətirin. Kim mənə bir salavat gətirirsə, Allah da bunun qarşılığında ona on salavat edər. Sonra da Allahdan mənim üçün ''Vəsiləni" istəyin. O, Cənnətdə elə bir dərəcədir ki, Allahın qullarından yalnız bir quluna yaraşır. Ümid edirəm ki, o qul, mənəm. Kim mənim üçün ''Vəsiləni'' istəyərsə şəfaət ona halal olar».
Səhih Muslim rəvayət etdi.