Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 5

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ayaqyolundan çıxdıqda - "Ğufranəkə" deyərdi.
Səhih Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
"Misvak ağzın təmizliyi, Rəbbin isə razılığıdır".
Səhih Ən-Nəsai və Əhməd rəvayət ediblər
Abdurrahmən ibn Avfın zövcəsi olan Ummu Həbibə bint Cəhş qan haqqında Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) şikayət etdi (bu barədə soruşdu). Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə: “Heyz səni saxladığı müddətcə gözlə, sonra yuyun” dedi. O, isə hər namaz üçün qüsl alardı.
Səhih Muslim rəvayət etdi.
"Mən davamlı olaraq heyz oluram, (həmin müddətdə) namazı tərk edimmi?". Cavab verdi: "Xeyr, bu qanaxmadır, sadəcə sənin bildiyin heyz günlərinin müddətində namazı tərk et, (bu müddətdən) sonra isə qüsl al və namaz qıl".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) cənabətdən qüsl aldıqda əllərini yuyardı, ardınca namaz üçün aldığı kimi dəstəmaz alardı, sonra bütün bədəninə su tökərdi, başının dərisinə suyun çatdığını yəqin edənə qədər əliylə suyu saçların dibinə çatdırardı, ardınca üzərinə üç dəfə su tökər, sonra bədəninin qalan hissəsini yuyardu. Dedi: Mən və Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir qabdan qüsl alardıq, birlikdə ondan su götürərdik.
Səhih Əl-Buxari rəvayət etdi.