Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 5

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Rəvayət olunduğu mənbə

"Sizlərdən birinizin dəstmazı pozulduqda, dəstəmaz almayınca Allah onun namazını qəbul etməz".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Beş şey fitrətdəndir: sünnət olmaq, övrət yerini qırxmaq, bığları qısaltmaq, dırnaqları tutmaq və qoltuq altındakı tükləri yolmaq".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Əgər it birinizin qabından içərsə, onu yeddi dəfə yusun".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Sizlərdən biriniz dəstəmaz alarsa, ilk olaraq suyu burnuna çəkib, ardınca nəfəsiylə onu çıxarmalıdır, kim təbii ehtiyacını ödədikdən sonra, daş parçası ilə təmizlənmək istərsə bunu tək sayda etsin, (gecə) yuxudan oyandıqdan sonra, əlini dəstəmaz almaq üçün qaba salmadan öncə yusun, çünki o, əlinin harada gecələdiyini bilmir." İmam Muslimin rəvayət etdiyi ifadə bu cürdür: "Sizlərdən biriniz yuxudan oyanarsa, əlini üç dəfə yumadan qaba salmasın, çünki o, əlinin harada gecələdiyini bilmir.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim cümə günü cənabət qüslu alar, sonra cüməyə gedərsə, sanki (Allah yolunda) dəvə kəsmiş kimi olar, kim ikinci saatda gedərsə, inək kəsmiş kimi olar. Kim üçüncü saatda gedərsə, sanki buynuzlu qoç kəsmiş kimi olar. Kim dördüncü saatda gedərsə, sanki bir toyuq kəsmiş kimi olar və hər kim beşinci saatda gedərsə, sanki yumurta sədəqə etmiş kimi olar. İmam xütbə verməyə çıxdıqda isə mələklər zikri dinləmək üçün gələrlər”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)