Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 32

Filtrləri təmizlə
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) saçın bir hissəsinin kəsib, digər hissəsini saxlamağı qadağan etdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
التصنيف الشرعياللباس والزينة، أحكام المولود، الأخلاق الذميمة، سنن الفطرة والسواكموضوعات الحديثحقوق الأولاد، سنن الفطرة
"Yerinə yetirməli olduğunuz şərtlərin ən vacibi, evlilikdə qoyulan şərtlərdir".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
التصنيف الشرعيأحكام وشروط النكاحموضوعات الحديثالوفاء بالعهد، حق الزوجة
"Sizin hər biriniz başçısınız və hamınız öz əlinizin altında olanlara cavabdehsiniz. İnsanların üzərində olan əmir başçıdır və onlardan sorumludur, kişi isə ailəsi üzərində başçıdır və onlara cavabdehdir. Qadın ərinin evi və uşaqları üzərində başçıdır və onlara cavabdehdir və nökər ağasının malında başçıdır və o, buna cavabdehdir. Həqiqətən, sizin hər biriniz başçısınız və hər biriniz əlinizin altında olanlara cavabdehsiniz."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
التصنيف الشرعيالمجتمع المسلم، حقوق الرعية على الإمام، العشرة بين الزوجين، تربية الأولادموضوعات الحديثحق الزوج، حق الزوجة، حقوق الأولاد، أحكام الإمامةمحاور التعريف بالإسلاممحاسن الأخلاق
"Bir insana din qardaşını üç gecədən artıq tərk edərək küsülü qalması caiz deyildir, onlar görüşdükdə birisi digərindən üz çevirər, digəri də bunu təkrar edər. Sözsüz ki, onların ən xeyirlisi birinci salamlaşandır".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
التصنيف الشرعيالمجتمع المسلم، الأخلاق الحميدة، آداب السلام والاستئذانموضوعات الحديثحسن الخلق، العفو عن الناس، السلاممحاور التعريف بالإسلاممحاسن الأخلاق
"Vəlisiz nikah yoxdur".
Səhih Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
التصنيف الشرعيأحكام وشروط النكاحموضوعات الحديثأحكام الأسرة
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənim yanıma daxil oldu və mən səhvən üzərində şəkillər olan pərdə ilə şkafın üstünü örtmüşdüm. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bunu görəndə pərdəni dartıb çəkdi, üzünün rəngi dəyişdi və dedi: “Ey Aişə, Qiyamət günü Allah yanında insanların ən şiddətli əzab olunanları, Allahın yaratmasına bənzəməyə çalışanlardır”. Aişə dedi: “Biz onu kəsdik və ondan bir və ya iki yastıq düzəltdik".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
التصنيف الشرعياللباس والزينة، آداب اللباس، توحيد الربوبيةموضوعات الحديثصنع التماثيل، التصوير، الرسم باليد
Ey Allaın elçisi, biz cihadı ən üstün əməl görürük, elə isə vuruşmayaqmı? O, dedi: “Xeyr, lakin (siz qadınlar üçün) ən üstün cihad qəbul olunmuş həccdir”.
Səhih Əl-Buxari rəvayət etdi.
التصنيف الشرعيفضل الحج والعمرة، حكم الجهاد وفضله، فقه المرأة المسلمةموضوعات الحديثالحج والعمرة
“Kişinin xərclədiyi ən üstün dinar ailəsi üçün xərclədiyi dinar, Allah yolunda miniyinə xərclədiyi dinar və Allah yolunda vuruşan yoldaşlarına sərf etdiyi dinardır.” Əbu Qiləbə (hədisin ravilərindən biri) dedi: İlk olaraq ailəyə xərcləməklə başladı və daha sonra buyurdu: Kiçik övladları üçün xərcləyən, Allahın onları iffətli saxlamasına və onlara fayda verməsinə və yardım etməsinə səbəb olan insandan daha böyük mükafat sahibi kim ola bilər?
Səhih Muslim rəvayət etdi.
التصنيف الشرعيصدقة التطوع، حكم الجهاد وفضله، النفقة على الأولادموضوعات الحديثحق الزوجة، حقوق الأولاد، صدقة التطوع