Skip to content

"Kim Qədr gecəsini imanla və savabını yalnız Allahdan umaraq ibadətlə keçirərsə, o kəsin keçmiş günahları bağışlanar".

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir:

"Kim Qədr gecəsini imanla və savabını yalnız Allahdan umaraq ibadətlə keçirərsə, o kəsin keçmiş günahları bağışlanar".

«مَنْ يَقُمْ لَيْلَةَ الْقَدْرِ إِيمَانًا وَاحْتِسَابًا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ»

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Ramazan ayının son on gecəsində olan Qədr gecəsini ibadətlə keçirməyin fəziləti barədə xəbər vermiş və bildirmişdir ki, kim bu gecəni namaz qılmaqla, Quran oxumaqla, dua və zikr etməklə keçirib, həmin gecənin varlığına və fəzilətinə iman gətirər, bu əməllərin savabını yalnız Allahdan umar, riyadan və şan-şöhrətdən uzaq durarsa, Allah onun keçmiş günahlarını bağışlayar.

Kəlmələrin mənası

إيمانًا: تصديقًا بالله وبوعده.

احتسابًا: طلبًا للثواب والأجر من الله عز وجل.

Hədisin faydalarından

Qədr gecəsinin fəziləti və onu ibadətlə keçirməyə təşviq.

Saleh əməllər yalnız səmimi, doğru niyyətlə qəbul edilir.

Allahın qullarına lütfü və rəhmətidir ki, hər kimsə imanla və savabını yalnız Allahdan umaraq Qədr gecəsini ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar.

Mənbələr

Sahihul-Buxari (1/ 16) (35).

Sahihu Muslim (1/ 523) (760).

(2/ 846).

Əlavə (10)

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (14/ 435).

بهجة الناظرين.

لسليم الهلالي (2/ 337).

نزهة المتقين.

شرح النووي على مسلم (6/ 40).

شرح رياض الصالحين.

لابن عثيمين (5/ 220).

شرح صحيح البخاري.

لابن بطال (4/ 21).