Skip to content

«Kim Allah üçün bir məscid bina edərsə, Allah o kimsə üçün Cənnətdə o məscidin bənzərini bina edər» - dedi.

Mahmud bin Ləbiddən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə

Osman bin Affan (Allah ondan razı olsun) Məscidun-Nəbəvini yenidən inşa etmək istədikdə, insanlar bunu xoş görməyərək Məscidin olduğu kimi qalmasını istədilər. Bunun üzərinə Osman (Allah ondan razı olsun): mən, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: «Kim Allah üçün bir məscid bina edərsə, Allah o kimsə üçün Cənnətdə o məscidin bənzərini bina edər» - dedi.

أَنَّ ‌عُثْمَانَ بْنَ عَفَّانَ أَرَادَ بِنَاءَ الْمَسْجِدِ فَكَرِهَ النَّاسُ ذَلِكَ، وَأَحَبُّوا أَنْ يَدَعَهُ عَلَى هَيْئَتِهِ، فَقَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ بَنَى مَسْجِدًا لِلهِ بَنَى اللهُ لَهُ فِي الْجَنَّةِ مِثْلَهُ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Osman bin Affan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) məscidinin binasını ilk inşaasından daha yaxşı bir şəkildə yenidən inşa etmək istədi. Məscidun-Nəbəvinin yenidən inşa edilməsi, Məscidin, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dönəmindəki şəklinin dəyişəcəyi bilən insanlar Osmanın (Allah ondan razı olsun) bu fikrini xoş qarşılamadılar. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) məscidi kərpicdən, tavanı da xurma liflərindən edilmişdir. Lakin Osman (Allah ondan razı olsun) məscidi daş və kirəcdən yenidən inşa etmək istədi və insanlara Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə deyərkən eşitdiyini xəbər verdi: "Kim, riya və şan-şöhrət olmadan, yalınz Uca Allahın rizasına nail olma üçün bir məscid inşa edərsə, Allah, qulun etdiyi bu əməlin qarşılığını, etdiyi əməldən ən gözəli ilə mükafatlandıracaqdır. Bu mükafat da, Allahın Cənnətdə onun üçün bina etdiyinin bir bənzərini inşa etməsidir.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Hədisdə məscid inşa etməyə təşviq edilmiş və bunun fəziləti ifadə edilmişdir.

Məscidin genişləndirilməsi və binasının yenilənməsi, məscid bina etmək fəzilətinə daxildir.

Bütün əməllərdə Uca Allah üçün ixlaslı olmanın önəmi bəyan edilmişdir.

Mənbələr

Sahihul-Buxari (1/ 97) (450).

Sahihu Muslim (4/ 2287) (533).

Əlavə (4)

المفهم لما أشكل من تلخيص كتاب مسلم (2/ 131).

شرح النّووي على مسلم (5/14).

التوضيح لشرح الجامع الصحيح (5/537).

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (12/ 171).