Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 34

Filtrləri təmizlə
"Həqiqətən mömin gözəl əxlaqla, oruc tutan və gecələri namaz qılan kəsin dərəcəsinə çatır".
Şahidlərlə səhih olan Əbu Davud, Əhməd rəvayət ediblər.
Bəni-Amir heyəti ilə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) hüzuruna yola düşdüm. (Yanına çatdıqda) dedik: “Sən bizim seyyidimizsən.” Dedi: “Seyyid Allahdır”. Biz dedik: "Sən bizim ən fəzilətlimiz və ən böyüyümüzsən". O, dedi: “Öz sözlərinizlə danışın, şeytan sizi (tərifdə həddi aşmağa) sürükləməsin.
Səhih Əbu Davud, Əhməd rəvayət ediblər.
Bir adam Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək: "Ey Allahın Rəsulu, bizlərdən birimiz qəlbində elə bir şey hiss edir ki, öz içində yanan bir alov kimi olması başqalarına söyləməsindən daha sevimli gəlir" dedi. Buna cavab olaraq Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): "Allahu Əkbər! Allahu Əkbər! Şeytanın qurduğu hiyləni vəsvəsəyə çevirən Allaha həmd olsun" - dedi.
Səhih Əbu Davud, Ən-Nəsai Əl-Kubrada rəvayət etdi.
"Bilin ki, bir kişinin ona məndən çatan hədis barədə öz oturacağının qoltuğuna rahat söykənərək belə söyləyəcəyi zaman yaxındadir: "Bizimlə sizin aranızda Allahın kitabı var, orada nəyi halal gördüksə, onu halal bilərik, haram gördüyümüzü isə haram bilərik". Bilin ki, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) haram etdikləri Allahın haram etdikləri kimidir".
Səhih Əbu Davud, Ət-Tirmizi və İbnu Məcə rəvayət etdi.
"Deməyin ki, Allah və filankəs istədiyi oldu, əksinə deyin ki: “Allah istədi sonra isə filankəs istədi oldu”.
Rəvayət yollarının məcmusuyla səhih olan Əbu Davud,Ən-Nəsai Əl-Kubrada və Əhməd rəvayət etdi.
"Əgər insanlar zalımı görüb, onun zülmünə maneə olmasalar, Allahın öz əzabını onların hamısına göndərməsi yaxın olar."
Səhih Əbu Davud,Ət-Tirmizi, Ən-Nəsai Əl-Kubrada, İbnu-Məcə və Əhməd rəvayət etdi.
"(Bədbinlik etiqadı ilə) quş uçurmaq şirkdir" - üç dəfə təkrarladı. Bizdən hər birimizin ağlına belə bir fikir gələ bilər, lakin izzət və cəlal sahibi olan Allah onu bizim qəlblərimizdən təvəkkül etməklə uzaqlaşdırır.
Səhih Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir gün bizə sübh namazını qıldırdı və dedi: “Filankəs burdadır?". Dedilər: Xeyr. O, dedi: “Filankəs burdadır?”. Dedilər: Xeyr. O dedi: “Həqiqətən, bu iki namaz münafiqlər üçün ən ağır namazlardır və əgər siz bu namazlarda olan savabı bilsəniz, dizləri üstündə iməkləyərək olsa belə, (məscidə) gələrsiniz. Həqiqətən, birinci səff mələklərin səffi kimidir. Siz birinci səfdəki fəziləti bilsəydiniz, onun üçün tələsərdiniz. Həqiqətən, bir kişinin başqa bir kişi ilə namaz qılması, onun tək namaz qılmasından, iki kişi ilə birlikdə namaz qılması isə bir kişi ilə namazdan qılmasından daha üstündür. (Namazda iştirak edənlərin sayı) nə qədər çox olarsa, Uca Allaha o qədər sevimli olar”.
Səhih Əbu Davud, Nəsai və Əhməd rəvayət etmişdir.