Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 31

Filtrləri təmizlə
"Allahım! Qəbrimi ibadət edilən bir büt (ibadət və sitayiş yeri) etmə!. Peyğəmbərlərinin qəbirlərini məscidlər (ibadətgah) edən qövmə Allah lənət emişdir".
Səhih Əhməd rəvayət etdi.
Bir kişi Allah Rəsulundan (sallallahu aleyhi va səlləm) soruşaraq belə dedi: Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutsam, Allahın halalını halal, haramını haram saysam və bunlara başqa heç bir əməl əlavə etməsəm, Cənnətə daxil olarammı? Allah Rəsulu (sallallahu aleyhi va səlləm) ona: "Bəli" – deyərək cavab verdi.
Səhih Muslim rəvayət etdi.
"Dörd xislət kimdə olarsa o, xalis münafiq olar, kimdə bunlardan bir xislət olarsa, onu tərk edənə qədər özündə nifaqdan bir xislət qalmış deməkdir: danışdığı zaman yalan danışar, əhd etdiyi zaman sözündə durmaz, vəd verdiyi zaman ona xilaf çıxar, düşmənçilik etdiyi zaman da ədalətsiz olar".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Bizimlə onlar arasındakı olan əhd namazdır. Kim namazı tərk etsə, artıq küfr etmişdir".
Səhih Ət-Tirmizi, Ən-Nəsai, İbnu Məcə və Əhməd rəvayət etdi.
"(Bədbinlik etiqadı ilə) quş uçurmaq şirkdir" - üç dəfə təkrarladı. Bizdən hər birimizin ağlına belə bir fikir gələ bilər, lakin izzət və cəlal sahibi olan Allah onu bizim qəlblərimizdən təvəkkül etməklə uzaqlaşdırır.
Səhih Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
Doğru söz sahibi və doğruluğu Allah tərəfindən təsdiqlənən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə belə buyurdu: "Sizlərdən birinizin yaradılışının başlanğıcı (embrion) anasının bətnində qırx gün və qırx gecədə toplanır, sonra həmin müddətdə laxtalanmış qana çevrilir, sonra növbəti qırx gündə ət parçasına çevrilir, sonra ona mələk göndərilir və dörd şeyi yazmağı əmr edilir: ruzisini, əcəlini, əməlini, bədbəxt, yoxsa xoşbəxt olacağını. Sonra ona ruh üfürülür. Sizlərdən biriniz cənnət əhlinin əməlini edir, onun cənnətə daxil olmasına bir arşın qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayır və o cəhənnəm əhlinin əməlini edərək cəhənnəmə daxil olur və sizlərdən biriniz cəhənnəm əhlinin əməlini edir, onun cəhənnəmə düşməsinə bir arşın qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayır və o cənnət əhlinin əməlini edərək cənnətə daxil olur."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Nəcd əhlindən saçı dağınıq bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi. Biz onun səsini eşidir, lakin nə dediyini başa düşmürdük. O, Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) yaxınlaşdı və İslam haqqında soruşdu. Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Bu, gündüz və gecə qılınan beş vaxt namazdır." Kişi soruşdu:" Bu namazlardan başqa üzərimə namaz vacibdimi?" Dedi: "Xeyr, yalnız könüllü qılacağın namazlar istisna, və üzərinə Ramazan orucu vacibdir." Kişi soruşdu:" Ondan başqa oruc mənə vacibdirmi?" Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Xeyr, yalnız könülü olaraq oruc tutmağın istisna." Sonra Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona zəkat haqqıda xəbər verdi və kişi dedi: “Başqa bir şey etməliyəmmi? Dedi: “Xeyr, yalnız könüllü olaraq sədəqə verməyin istisna”. Sonra kişi üzünü çevirib: “Allaha and olsun ki, mən buna nə əlavə edəcəm, nə də ondan azaldacam" dedi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Əgər doğru danışsa, nicat tapacaqdır."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim Allahdan başqasına and içərsə ya küfür edər ya da şərik qoşar".
Səhih Əbu Davud, Ət-Tirmizi,Əhməd