Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 23

Filtrləri təmizlə

Hədisin dərəcəsi

"İslam beş təməl üzərində qurulub: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
"İnsanlar Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhəmmədin də Allahın Rəsulu olduğuna şahidlik edənə, namaz qılana və zəkat verənə qədər onlarla vuruşmaqla əmr olundum. Əgər bunları edərlərsə, İslamın haqqı (icazəli etdiyi hallar) istisna olmaqla, qanlarını və mallarını məndən qorumuş olarlar, haqq-hesab çəkmək isə Allaha aiddir"
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Dedim: "Ey Allahın Rəsulu, ibn Cud'an cahiliyyədə qohumluq əlaqələri saxlayır, yoxsulu yedizdirərdi , bu ona fayda verəcəkmi? Dedi: Fayda verməyəcək, çünki o, bir gün olsa belə, "Rəbbim! Qiyamət günü günahlarımı bağışla" söyləməyib."
Səhih Muslim rəvayət etdi.
«Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və bir-birlərinə qarşı şəfqətli olmaqda bir bədən kimidirlər. Bədənin bir üzvü şikayət etsə (xəstə olsa), digər bədən üzvləri də bu səbəbdən yuxusuzluğa və qızdırmaya tutular».
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Münafiqlərə ən ağır gələn namaz, işa və fəcr namazlarıdır. Əgər onlar bu iki namazda olan savabı bilsəydilər, sürünərək də olsa bu namazlara gələrdilər. Mən, namazın iqamə edilməsini, sonra da bir kişiyə camaata namaz qıldırmağı əmr etməyi daha sonra isə əllərində odun bağları olan kişilərlə birlikdə gedib, namaza gəlməyənlərin evlərini yandırmağı istədim".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) əmisinə belə dedi: "Lə iləhə illallah" de ki, buna görə Qiyamət günü sənə şahidlik edim". Əmisi dedi: Qureyş məni ələ salıb, "qorxduğu üçün bunu etdi" - deməsəydilər, sənin istədiyini edərdim. Uca Allah bu ayəni nazil etdi: "Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldər" (Əl-Qasas 28 surəsi, ayə 56).
Səhih Muslim rəvayət etdi.
Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) məsciddə oturduğumuz əsnada, dəvə üstündə bir kişi gəlib dəvəsini çökdürdükdən sonra bağladı, sonra dedi: Hansınız Muhəmməddir? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrinın arasında söykənərək əyləşmişdi. Biz də: Bu söykənmiş ağ adam odur" -dedik. Kişi ona dedi: Ey AbdulMuttalibin oğlu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) -"Səni dinləyirəm"- deyə cavab verdi. Kişi Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Səndən, sənə qarşı sərt səslənən məsələ soruşacam, amma qəlbində məndən incimə". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: " Nə istəsən soruş". Kişi dedi: Sənin və səndən öncəkilərin Rəbbinin adına and verirəm, səni bütün insanlara Allahmı göndərdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) da dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah adına söylə, Allahmı sənə gündüz və gecə ərzində beş vacib namazı qılmağımızı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi : "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah üçün söylə, ilin bu ayında oruc tutmağımızı sənə Allahmı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah üçün söylə, bu sədəqəni varlılardan alıb kasıblara paylamağı sənə Allahmı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Sənin gətirdiyinə iman etdim. Mən arxada qoyduğum qövmümün elçisiyəm, mən Sad bin Bəkr qəbiləsindən olan Dımam bin Sələbəyəm.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)