عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
473 Hədislər
Peyğəmbər Hədisləri Ensiklopediyası
Kateqoriyalar
Hədisin dərəcəsi
Rəvayət olunduğu mənbə
Ravi
Bütün raviləri göstər (16)
Bir kişi Allah Rəsulundan (sallallahu aleyhi va səlləm) soruşaraq belə dedi: Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutsam, Allahın halalını halal, haramını haram saysam və bunlara başqa heç bir əməl əlavə etməsəm, Cənnətə daxil olarammı? Allah Rəsulu (sallallahu aleyhi va səlləm) ona: "Bəli" – deyərək cavab verdi.
Səhih Muslim rəvayət etdi.
"Dörd xislət kimdə olarsa o, xalis münafiq olar, kimdə bunlardan bir xislət olarsa, onu tərk edənə qədər özündə nifaqdan bir xislət qalmış deməkdir: danışdığı zaman yalan danışar, əhd etdiyi zaman sözündə durmaz, vəd verdiyi zaman ona xilaf çıxar, düşmənçilik etdiyi zaman da ədalətsiz olar".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Doğru söz sahibi və doğruluğu Allah tərəfindən təsdiqlənən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə belə buyurdu: "Sizlərdən birinizin yaradılışının başlanğıcı (embrion) anasının bətnində qırx gün və qırx gecədə toplanır, sonra həmin müddətdə laxtalanmış qana çevrilir, sonra növbəti qırx gündə ət parçasına çevrilir, sonra ona mələk göndərilir və dörd şeyi yazmağı əmr edilir: ruzisini, əcəlini, əməlini, bədbəxt, yoxsa xoşbəxt olacağını. Sonra ona ruh üfürülür. Sizlərdən biriniz cənnət əhlinin əməlini edir, onun cənnətə daxil olmasına bir arşın qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayır və o cəhənnəm əhlinin əməlini edərək cəhənnəmə daxil olur və sizlərdən biriniz cəhənnəm əhlinin əməlini edir, onun cəhənnəmə düşməsinə bir arşın qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayır və o cənnət əhlinin əməlini edərək cənnətə daxil olur."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Nəcd əhlindən saçı dağınıq bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi. Biz onun səsini eşidir, lakin nə dediyini başa düşmürdük. O, Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) yaxınlaşdı və İslam haqqında soruşdu. Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Bu, gündüz və gecə qılınan beş vaxt namazdır." Kişi soruşdu:" Bu namazlardan başqa üzərimə namaz vacibdimi?" Dedi: "Xeyr, yalnız könüllü qılacağın namazlar istisna, və üzərinə Ramazan orucu vacibdir." Kişi soruşdu:" Ondan başqa oruc mənə vacibdirmi?" Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Xeyr, yalnız könülü olaraq oruc tutmağın istisna."
Sonra Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona zəkat haqqıda xəbər verdi və kişi dedi: “Başqa bir şey etməliyəmmi? Dedi: “Xeyr, yalnız könüllü olaraq sədəqə verməyin istisna”. Sonra kişi üzünü çevirib: “Allaha and olsun ki, mən buna nə əlavə edəcəm, nə də ondan azaldacam" dedi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Əgər doğru danışsa, nicat tapacaqdır."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Şirk əhlindən olub bir çox insan öldürmüş, çox zina etmiş bir toplum insan Məhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib:" Sənin söylədiklərin və dəvət etdiyin şey gözəldir. Kaş ki bizim etdiyimiz günahların bir kəfarəsi olduğunu bizə xəbər versəydin" - dedilər. Bu zaman Uca Allahın: "Onlar Allahla yanaşı başqa məbuda ibadət etməz, Allahın haram etdiyi canı haqsız yerə qətlə yetirməz və zina etməzlər...." [Furqan 25 surəsi, ayə 68] və "(Ey Peyğəmbər!) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin...." [Zümər 39 surəsi, ayə 53] ayəsi nazil oldu.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) gecə yağış yağdıqdan sonra əl-Hudeybiyyə ərazisində bizə sübh namazını qıldırdı. Namazını bitirincə üzünü insanlara çevirib dedi: "Bilirsinizmi, Rəbbiniz nə buyurdu?". Oradakılar: "Allah və Rəsulu daha doğrusunu bilir" dedilər. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "(Allah buyurdu ki) Qullarımdan bir qismi mənə iman, bir qismi isə mənə küfr edərək sabahladı. Allahın lütfü və rəhməti ilə bizə yağış yağdırıldı deyənlər mənə iman etmiş və ulduzlara küfr etmişdir. Lakin, filan ulduz sayəsində bizə yağış yağdırıldı deyənlər isə mənə küfr edib, ulduzlara inananlardılar".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Bir kişi dedi: "Ey Allahın Rəsulu, cahiliyyə zamanında etdiyimizə görə hesaba çəkiləcəyikmi?". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) cavab verərək buyurdu: "Kim İslamda yaxşı işlər görərsə, cahiliyyədə etdiklərinə görə hesaba çəkilməz, kim İslamda pis işlər görərsə, cahilikdə və İslamda etdiyi əməllərə görə hesaba çəkilər".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim (qiyamət günü) Allahın hüzuruna heç bir şeyi Ona şərik qoşmadan çıxarsa, Cənnətə girər. Kim də Ona şərik qoşaraq çıxarsa, Cəhənnəmə girər".
Səhih Muslim rəvayət etdi.