Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 6

Filtrləri təmizlə
"Allahım! Qəbrimi ibadət edilən bir büt (ibadət və sitayiş yeri) etmə!. Peyğəmbərlərinin qəbirlərini məscidlər (ibadətgah) edən qövmə Allah lənət emişdir".
Səhih Əhməd rəvayət etdi.
"Bizimlə onlar arasındakı olan əhd namazdır. Kim namazı tərk etsə, artıq küfr etmişdir".
Səhih Ət-Tirmizi, Ən-Nəsai, İbnu Məcə və Əhməd rəvayət etdi.
"(Bədbinlik etiqadı ilə) quş uçurmaq şirkdir" - üç dəfə təkrarladı. Bizdən hər birimizin ağlına belə bir fikir gələ bilər, lakin izzət və cəlal sahibi olan Allah onu bizim qəlblərimizdən təvəkkül etməklə uzaqlaşdırır.
Səhih Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
"Kim Allahdan başqasına and içərsə ya küfür edər ya da şərik qoşar".
Səhih Əbu Davud, Ət-Tirmizi,Əhməd
Kim astrologiya ilə baxıcılıq elminə yiyələnərsə, sehrin bir növünə yiyələnmiş olar, bu yöndə elmi artıqca günahı da artar.
Səhih Əbu Davud,İbnu Məcə və Əhməd rəvayət etdi.
Mən Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birgə səfərdə idim. Bir gün, biz yol gedərkən ona yaxınlaşdım və dedim: "Ey Allahın Rəsulu, məni Cənnətə daxil edəcək və Cəhənnəmdən uzaqlaşdıracaq əməl barədə mənə xəbər ver!". Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: "Sən məndən əzəmətli bir əməl barədə soruşdun. Həqiqətən də o Allahın asanlaşdırdığı kimsələr üçün asandır. Gərək, Allaha ibadət edəsən və Ona heç bir şeyi şərik qoşmayasan, namazı qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və Kəbəni ziyarət edəsən”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Səni xeyir qapılarına yönəldimmi? Oruc qalxandır. Sədəqə suyun odu söndürdüyü kimi günahları söndürür (silir). Kişinin gecənin ortasında qıldığı namazı da, habelə”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ayəni oxudu: “Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Etdikləri əməllərin mükafatı olaraq onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Sənə dinin başı, onun dirəyi və ən uca zirvəsi barədə xəbər verimmi?” Mən dedim: "Bəli, Ey Allahın Rəsulu". O, buyurdu: “Dinin başı İslam, dirəyi namaz, ən uca zirvəsi isə cihaddır”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Sənə bunların hamısını özündə cəm edən xislət barədə xəbər verimmi?”. Mən dedim: "Əlbəttə, Ey Allahın Rəsulu". O, əli ilə öz dilini tutub dedi: “Bunu, saxla!” Mən dedim: "Ey Allahın Peyğəmbəri! Məgər biz, danışdığımız sözlərə görə hesaba çəkiləcəyik?!". Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Anan səni itirsin ey Muaz! Məgər insanları üzüstə yaxud burunları üzərində Cəhənnəmə sürükləyən yalnız dilləri ilə əkdiklərinin bəhrəsi deyilmi?!”.
Rəvayət yollarının məcmusuyla səhih olan Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi.