Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 5

Filtrləri təmizlə

Hədisin dərəcəsi

"Mən hovuzun başında ikən sizlərdən yanıma gələni gözləyəcəyəm, lakin bəzi insanlar məndən uzaqlaşdırılacaqlar və mən :"Ya Rəbbi, onlar məndən, mənim ümmətimdəndirlər"- deyəcəm, "Səndən sonra onların nə etdiyini bilirsənmi? -deyiləcək. Allaha and olsun ki, onlar haqdan dönüb geriyə üz tutdular". -deyiləcək.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Qiyamət günü insanlar arasında ilk mühakimə olunacaq məsələ qantökmə məsələsi olacaq".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Şübhəsiz ki, Allah möminin yaxşı əməlinin savabını silməklə ona zülm etməz, yaxşılığın əvəzini bu dünyada verər və axirətdə də mukafatlandırar, kafiri isə Allah xətrinə etdiyi xeyir əməllərinin dadını bu dünyada daddırar, axirətə gəldikdə isə onun mukafatlanacaq heç bir savabı qalmaz".
Səhih Muslim rəvayət etdi.
Biz Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idik. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Bədr gecəsi bütöv olan aya baxdı və dedi: "Həqiqətən də siz Rəbbinizi, bu ayı gördüyünüz kimi görəcəksiniz. Onu görməkdə bir çətinlik və sıxıntı çəkməyəcəksiniz. Elə isə günəş doğmamışdan öncəki namaza və gün batmamışdan qabaq qılınan namaza gücünüz çatdığı qədər davamlı riayət edin". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sonra bu ayəni oxudu: "Günəş doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə tərif et (şəninə təriflər de)!" (Qaf 50 surəsi, ayə 3).
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Bilirsinizmi, müflis kimdir?" Dedilər ki: «Bizim aramızda müflis, pulu və malı olmayandır.» Bunun üzərinə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: "Şübhəsiz ki, ümmətimdən müflis olan o kəsdir ki; Qiyamət günü namazla, orucla və zəkatla gələcək. Lakin buna söymüş , birinə iftira etmiş, birinin malını yemiş, birinin qanını tökmüş və birini vurmuşdur. Buna onun savablarından verilər və digərinə onun savablarından verilər. Üzərində olan qul haqqları ödənmədən əvvəl savabları qurtararsa, onların günahlarından götürülər və onun üzərinə atılar; sonra da özü cəhənnəmə atılar".
Səhih Muslim rəvayət etdi.