Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 3

Filtrləri təmizlə
"Ləə iləhə illəllah, artıq yaxınlaşmış şərrə görə vay olsun ərəblərin halına. Yəcuc və Məcuc bəndində bu boyda deşik açılmışdır". Və baş barmağı ilə işarə barmağını bir dairə şəklində birləşdirdi. Zeynəb bint Cəhş (Allah ondan razı olsun) deyir: "Mən dedim: "Ya Allahın Rəsulu! Bizim aramızda əməli salehlər olduğu halda, biz hamımız həlak olacağıq?" O, dedi: "Bəli, əgər pislik artarsa!"
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Sizə Dəccal haqqında heç bir peyğəmbərin öz qövmünə demədiyi şeyləri söyləyimmi? O, tək gözlüdür və özü ilə cənnət və cəhənnəmə bənzər şey gətirir, onun cənnət dediyi şey cəhənnəmdir və Nuhun öz qövmünü onun haqqında xəbərdar etdiyi (qorxudub çəkindirdiyi) kimi mən də sizi xəbərdar edirəm.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Gecə və gündüzün çatdığı hər yerə bu iş də (İslam dini) çatacaqdır. Allah, qüdrətlinin izzəti və zəlilin zilləti ilə, bu dini daxil etmədiyi nə bir şəhər, nə də ki bir kənd evi buraxmayacaq, Allahın İslamla izzətləndirdiyi şərəflənəcək, küfrlə zəlil etdiyi isə zəlil olacaqdır”. Və Təmim əd-Dəri deyərdi: “Mən bunu öz ailəmdə müşahidə etdim, artıq onlardan İslamı qəbul edənlərə xeyir, şərəf və izzət nəsib oldu. Onlardan kafir olanlara isə zillət, alçaldılma və cizyə vermək nəsib oldu.
Səhih Əhməd rəvayət etdi.