Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 23

Filtrləri təmizlə
Uca Allah Qiyamət günü əzabı ən yüngül olan cəhənnəm əhlinə deyəcək: Əgər yer üzərində olanlar sənin olsaydı, onları bu əzabdan qurtulmaq üçün verərdinmi? O, deyəcək: Bəli və Allah deyəcək: Sən Adəmin belində ikən, mən səndən bundan daha asan olanını istədim: Mənə heç bir şeyi şərik qoşma. Lakin sən boyun qaçırdın və Mənə şərik qoşdun.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir söz dedi, mən başqa bir söz dedim. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Kim Allahdan başqasına dua edərsə və bunun üzərində ölərsə cəhənnəmə girər". Mən dedim: "Allahdan başqasına dua etmədən ölən, cənnətə daxil olar."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
İnsanlar Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) kahinlər haqqında soruşdular. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara dedi: "Onların dəyəri yoxdur." Dedilər: Ey Allahın Rəsulu, bəzən onların söylədikləri doğru çıxır. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:Bu, cinlərin səmada haqq sözünü eşidərək qapıb və dostlarının qulağına toyuğun dən yeyərkən qaqıldadığı kimi qaqıldayaraq eşitdiklərini onlara xəbər verməsidir, üstəlik ötürdükləri məlumata yüz yalan qatarlar.”
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Qəbirlər üzərində oturmayın və (orada) onların istiqamətində namaz qılmayın".
Səhih Muslim rəvayət etdi.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ölümün­dən qabaq örtüyünü üzünə atmağa başladı. (Ürəyi) sıxıldıqda isə onu üzündən götürürdü. O bu halda ikən belə dedi: "Allah yəhudilərə və xristianlara lənət eləsin! Onlar peyğəmbər­ləri­nin qəbirlərini məscidlərə çevirdi­lər". (Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, bu sözləri ilə ümmətini) - onların etdikləindən çəkindirirdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Bir dəfə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Ufeyr adlanan uzunqulağın belində öndə , mən isə arxada oturmuşdum. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) (mənə) dedi: "Ey Muaz, Allahın qulları üzərindəki və qulların Allah üzərindəki haqlarını bilirsənmi?". Dedim: "Allah və Rəsulu ən doğrusunu bilir". Dedi: "Allahın qulları üzərində haqqı Ona ibadət edərək, Ona heç bir şeyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqları isə, Ona şərik qoşmayan kəsə əzab verməməsidir.". Mən dedim: "Ey Allahın Rəsulu! Bununla insanları müjdələməyimmi?". O isə: "Müjdələmə, yoxsa arxayınlaşarlar" - dedi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim "Ləə iləhə illallah" deyər və Allahdan başqa ibadət edilənləri inkar edərsə, malı, qanı toxunulmaz olar, hesabı isə Allaha aiddir."
Səhih Muslim rəvayət etdi.
Allah Rəsulundan - salləllahu aleyhi va səlləm: "Ey Allahın Rəsulu! Qiyamət günü sənin şəfaətinə nail olan ən xoşbəxt insan kimdir?" deyərək soruşuldu. Allah Rəsulu - salləllahu aleyhi va səlləm: "Ey Əbu Hureyra, hədis öyrənməyə həris olduğunu gördüyüm üçün bu hədis barədə səndən əvvəl kimsənin məndən soruşmayacağını zənn etmişdim. Qiyamət günü şəfaətimə nail olan ən xoşbəxt insan qəlbindən və ya içindən ixlasla “Lə iləhə illallah” deyən kimsədir" - deyə buyurdu.
Səhih Əl-Buxari rəvayət etdi.