Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 26

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) qiyamət haqqında soruşdu və dedi: Qiyamət nə vaxt olacaq? O, dedi: “Onun üçün nə hazırlamısan?” O, dedi: “Heç bir şey, lakin mən Allahı və Onun Rəsulunu (Allahın salavatı və salamı onun üzərinə olsun) sevirəm. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Sən sevdiyin kəslə birlikdəsən”. Ənəs dedi: Biz, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) “Sən sevdiyin kəslə birlikdəsən” sözünə sevindiyimiz qədər heç bir şeyə sevinməmişdik. (Bunun ardınca) Ənəs dedi: Mən Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun), Əbu Bəkri və Öməri sevirəm, onların əməlləri kimi əməl etməsəm də, onlara olan sevgimdən dolayı onlarla birlikdə olacağıma ümid edirəm.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Qiyamətin əlamətlərindən, elmin aradan qalxması, cəhalətin yayılması, zinanın artması, haram içkilərin istifadəsinin çoxalması, kişilərin azalması, qadınların artmasıdır ki, əlli qadına bir kişi düşəcək.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Ləə iləhə illəllah, artıq yaxınlaşmış şərrə görə vay olsun ərəblərin halına. Yəcuc və Məcuc bəndində bu boyda deşik açılmışdır". Və baş barmağı ilə işarə barmağını bir dairə şəklində birləşdirdi. Zeynəb bint Cəhş (Allah ondan razı olsun) deyir: "Mən dedim: "Ya Allahın Rəsulu! Bizim aramızda əməli salehlər olduğu halda, biz hamımız həlak olacağıq?" O, dedi: "Bəli, əgər pislik artarsa!"
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Doğru söz sahibi və doğruluğu Allah tərəfindən təsdiqlənən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə belə buyurdu: "Sizlərdən birinizin yaradılışının başlanğıcı (embrion) anasının bətnində qırx gün və qırx gecədə toplanır, sonra həmin müddətdə laxtalanmış qana çevrilir, sonra növbəti qırx gündə ət parçasına çevrilir, sonra ona mələk göndərilir və dörd şeyi yazmağı əmr edilir: ruzisini, əcəlini, əməlini, bədbəxt, yoxsa xoşbəxt olacağını. Sonra ona ruh üfürülür. Sizlərdən biriniz cənnət əhlinin əməlini edir, onun cənnətə daxil olmasına bir arşın qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayır və o cəhənnəm əhlinin əməlini edərək cəhənnəmə daxil olur və sizlərdən biriniz cəhənnəm əhlinin əməlini edir, onun cəhənnəmə düşməsinə bir arşın qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayır və o cənnət əhlinin əməlini edərək cənnətə daxil olur."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Günəş batdığı yerdən çıxmayınca Qiyamət qopmaz. İnsanlar günəşin məğribdən çıxdığını gördükdə hamısı Allaha iman gətirəcəklər, bu Allahın { Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir”.} (Əl-ənam, 158) deyə buyurduğu həmin zamandır. Mütləq ki, satıcı paltarı alıcıya təqdim etmək üçün önünə sərəcək, onlar alış-veriş etmədən və paltarı bükmədən Qiyamət qopacaq, mütləq ki, bir insan dəvəsinin südünü sağacaq, onu içmədən Qiyamət qopacaq, mütləq ki, bir insan hovuzunu suvağlayacaq, onu su ilə doldurmadan Qiyamət qopacaq, mütləq ki, sizlərdən biri yeməyini ağzına aparacaq, onu yemədən Qiyamət qopacaq.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Ölüm, ağ-qara qoç şəklində gətiriləcək və mələk səslənəcək: "Ey Cənnət əhli!" və onlar başlarını qaldırıraq baxacaqlar, mələk deyəcək: "Bunu tanıyırsınızmı?". Onlar - Bəli, bu ölümdür - deyəcəklər, hamı onu artıq dadmışdır. Sonra mələk səslənəcək: - "Ey cəhənnəm əhli" - və onlar başlarını qaldırıb baxacaqlar, sonra isə mələk onlara deyəcək: "Bunu tanıyırsınızmı?". Onlar - Bəli, bu ölümdür - deyəcəklər, hamı onu artıq dadmışdır. Sonra bu qoç kəsiləcək və mələk deyəcək: "Ey cənnət əhli, artıq ölüm yox, əbədilik var. Ey cəhənnəm əhli, artıq ölüm yox, əbədilik var". Ardınca Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu: "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər" [Məryəm 19 surəsi, ayə 39] - dünyada olanlar hələ qəflətdədirlər: "və onlar iman gətirmirlər" [Məryəm 19 surəsi, ayə 39].
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Siz yəhudilərlə döyüşmədikcə, arxasında yəhudinin gizləndiyi daş: "Ey müsəlman, arxamda yəhudi var, gəl onu öldür"-söyləmədikcə Qiyamət qopmaz."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Biz Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idik. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Bədr gecəsi bütöv olan aya baxdı və dedi: "Həqiqətən də siz Rəbbinizi, bu ayı gördüyünüz kimi görəcəksiniz. Onu görməkdə bir çətinlik və sıxıntı çəkməyəcəksiniz. Elə isə günəş doğmamışdan öncəki namaza və gün batmamışdan qabaq qılınan namaza gücünüz çatdığı qədər davamlı riayət edin". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sonra bu ayəni oxudu: "Günəş doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə tərif et (şəninə təriflər de)!" (Qaf 50 surəsi, ayə 3).
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)