Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 3

Filtrləri təmizlə
"Bilin ki, bir kişinin ona məndən çatan hədis barədə öz oturacağının qoltuğuna rahat söykənərək belə söyləyəcəyi zaman yaxındadir: "Bizimlə sizin aranızda Allahın kitabı var, orada nəyi halal gördüksə, onu halal bilərik, haram gördüyümüzü isə haram bilərik". Bilin ki, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) haram etdikləri Allahın haram etdikləri kimidir".
Səhih Əbu Davud, Ət-Tirmizi və İbnu Məcə rəvayət etdi.
Həqiqətən Allah qiyamət günü ümmətimdən bir adamı məxluqatın önünə çıxaracaq və onun üçün qarşısına doxsan doqquz kitab sərəcək. Hər kitab gözün gördüyü son həddə qədər olan məsafədə olacaq. Allah buyuracaq: "Bunlardan hər hansı bir şeyi inkar edirsənmi? Əməlləri yazan nəzarətçi mələklərim sənə zülm etdilərmi? Adam deyəcək: Xeyr, ey Rəbbim! Allah buyuracaq: Sənin üzrlü səbəbin varmı? Adam: Xeyr, ey Rəbbim!- deyə cavab verəcək. Allah buyuracaq: Əksinə, sənin üçün dərgahımızda bir savab vardır. Buna görə də bu gün sənə zülm edilməyəcək." Bu zaman, içində "əşhədu əllə iləhə illallah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluhu" olan kağız parçası gətiriləcək. Allah buyuracaq: Bunların tərəzidə çəkildiyi yerdə hazır ol. Adam deyəcək: Ey Rəbbim, bu kağız parçasının doxsan doqquz kitabın yanında nə dəyəri var? Allah buyuracaq: "Bu gün sənə zülm edilməz". Kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq və kitablar tərəzidə yüngül, kağız parçası isə ağır gələcək. Uca Allahın adıyla yanaşı heç bir şey ağır gəlməz.
Səhih Ət-Tirmizi və İbnu Məcə rəvayət etdi.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir məsələni qeyd edib dedi: "Bu, elmin yoxa çıxacağı zaman baş verəcək". Mən dedim: "Ey Allahın Rəsulu! Biz Quranı oxuduğumuz və övladlarımıza oxutdurduğumuz halda, onlar da Qiyamətə qədər özlərinin və övladlarının oxuduqları halda elm necə yoxa çıxa bilər?" O (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Anan səni itirsin ey Ziyad, mən səni Mədinədə ən fəqih şəxslərdən hesab edirdim, məgər yəhudi və xristianlar tövrat və incili oxumurlarmı?! Lakin, bu iki kitabda olan elmdən qafildirlər".
Başqasıyla səhih olan İbnu Məcə rəvayət etdi.