Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 13

Filtrləri təmizlə

Hədisin dərəcəsi

"Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, bu ümmətdən yəhudi və ya xristian mənim haqqımda eşidərsə, sonra göndərildiyimə (bu dinə) iman gətirmədən ölərsə, cəhənnəm əhlindən olar".
Səhih Muslim rəvayət etdi.
"İslam beş təməl üzərində qurulub: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
"Nəfsim əlində olan Allaha and olsun ki, Məryəm oğlunun yer üzünə enərək sizin aranızda ədalətlə hökm verəcəyi, xaçı sındıracağı, donuzları öldürəcəyi, cizyəni aradan qaldıracağı, bolluğa görə heç kimin mal-dövlətə ehtiyacı olmayacağı zaman artıq yaxındır".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Mən sizə nəyi qadağan edirəmsə, ondan çəkinin, nəyi də sizə əmr edirəmsə, onu bacardığınız qədər yerinə yetirin. Həqiqətən, sizdən əvvəlki ümmətləri, çoxlu sual verməkləri və öz peyğəmbərlərinə müxalif olmaqları həlak etmişdir".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) məsciddə oturduğumuz əsnada, dəvə üstündə bir kişi gəlib dəvəsini çökdürdükdən sonra bağladı, sonra dedi: Hansınız Muhəmməddir? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrinın arasında söykənərək əyləşmişdi. Biz də: Bu söykənmiş ağ adam odur" -dedik. Kişi ona dedi: Ey AbdulMuttalibin oğlu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) -"Səni dinləyirəm"- deyə cavab verdi. Kişi Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Səndən, sənə qarşı sərt səslənən məsələ soruşacam, amma qəlbində məndən incimə". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: " Nə istəsən soruş". Kişi dedi: Sənin və səndən öncəkilərin Rəbbinin adına and verirəm, səni bütün insanlara Allahmı göndərdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) da dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah adına söylə, Allahmı sənə gündüz və gecə ərzində beş vacib namazı qılmağımızı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi : "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah üçün söylə, ilin bu ayında oruc tutmağımızı sənə Allahmı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah üçün söylə, bu sədəqəni varlılardan alıb kasıblara paylamağı sənə Allahmı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Sənin gətirdiyinə iman etdim. Mən arxada qoyduğum qövmümün elçisiyəm, mən Sad bin Bəkr qəbiləsindən olan Dımam bin Sələbəyəm.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)