Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 5

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Rəvayət olunduğu mənbə

"Sizlərə tərk etdiyim (haqqında əmr və qadağa gəlməyən) şeylərdə məni rahat buraxın (artıq suallar verməyin). Sizdən öncəkilər verdikləri sual və peyğəmbərlərinə müxalif olmaları səbəbi ilə həlak oldular, buna görə də sizə bir şeyi qadağan etdikdə ondan uzaq durun, bir şeyi əmr etdikdə onu bacardığınız qədər yerinə yetirin".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Günəşin üzərinə doğduğu ən xeyirli gün cümə günüdür, Adəm həmin gün yaradılıb, həmin gün Cənnətə daxil edilib, həmin gün oradan çıxarılıb və Qiyamət yalnız cümə günü qopacaq».
Səhih Muslim rəvayət etdi.
"Ümmətimdən hər kəs cənnətə daxil olacaq, ondan üz çevirənlərdən başqa". Soruşdular: "Ey Allahın Rəsulu, kim ondan üz çevirər?". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Kim mənə itaət edərsə, cənnətə daxil olar, kim mənə asilik edərsə, (cənnətdən) üz çevirmiş olar".
Səhih Əl-Buxari rəvayət etdi.
"Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, bu ümmətdən yəhudi və ya xristian mənim haqqımda eşidərsə, sonra göndərildiyimə (bu dinə) iman gətirmədən ölərsə, cəhənnəm əhlindən olar".
Səhih Muslim rəvayət etdi.
"Nəfsim əlində olan Allaha and olsun ki, Məryəm oğlunun yer üzünə enərək sizin aranızda ədalətlə hökm verəcəyi, xaçı sındıracağı, donuzları öldürəcəyi, cizyəni aradan qaldıracağı, bolluğa görə heç kimin mal-dövlətə ehtiyacı olmayacağı zaman artıq yaxındır".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)