Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 9

Filtrləri təmizlə

Hədisin dərəcəsi

"Sizlərə tərk etdiyim (haqqında əmr və qadağa gəlməyən) şeylərdə məni rahat buraxın (artıq suallar verməyin). Sizdən öncəkilər verdikləri sual və peyğəmbərlərinə müxalif olmaları səbəbi ilə həlak oldular, buna görə də sizə bir şeyi qadağan etdikdə ondan uzaq durun, bir şeyi əmr etdikdə onu bacardığınız qədər yerinə yetirin".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Günəşin üzərinə doğduğu ən xeyirli gün cümə günüdür, Adəm həmin gün yaradılıb, həmin gün Cənnətə daxil edilib, həmin gün oradan çıxarılıb və Qiyamət yalnız cümə günü qopacaq».
Səhih Muslim rəvayət etdi.
"İslam beş təməl üzərində qurulub: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allah Rəsulununa (Allahın salavatı və salamı onun üzərinə olsun) qırx yaşında ikən vəhy endirildi və o Məkkədə on üç il qaldı, daha sonra ona hicrət etmək əmr edildi və Mədinəyə hicrət etdi. Və orada on il qaldı, sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) vəfat etdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, bu ümmətdən yəhudi və ya xristian mənim haqqımda eşidərsə, sonra göndərildiyimə (bu dinə) iman gətirmədən ölərsə, cəhənnəm əhlindən olar".
Səhih Muslim rəvayət etdi.
"İslam beş təməl üzərində qurulub: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
"Nəfsim əlində olan Allaha and olsun ki, Məryəm oğlunun yer üzünə enərək sizin aranızda ədalətlə hökm verəcəyi, xaçı sındıracağı, donuzları öldürəcəyi, cizyəni aradan qaldıracağı, bolluğa görə heç kimin mal-dövlətə ehtiyacı olmayacağı zaman artıq yaxındır".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Mən sizə nəyi qadağan edirəmsə, ondan çəkinin, nəyi də sizə əmr edirəmsə, onu bacardığınız qədər yerinə yetirin. Həqiqətən, sizdən əvvəlki ümmətləri, çoxlu sual verməkləri və öz peyğəmbərlərinə müxalif olmaqları həlak etmişdir".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.