Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 24

Filtrləri təmizlə
"İnsanın oynaqlarından hər biri üçün bir sədəqə vardır. Günəşin doğduğu hər gün iki insanın arasında ədalətlə hökm verməyin sədəqədir. Bir kişiyə öz miniyinə minməkdə yardım etməyin və ya onun əşyasını qaldırıb miniyinin üzərinə qoymağın sədəqədir. Gözəl söz sədəqədir. Namaz qılmağa getdikdə atdığın hər bir addım sədəqədir. Yoldan insanlara əziyyət verən şeyi kənarlaşdırmağın sədəqədir".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkənin fəthi günü insanlara xitabən belə buyurmuşdur: «Ey insanlar! Allah sizdən cahiliyətin təkəbbürünü və ata-babalarınızla gürurlanmağı aradan qaldırmışdır. İnsanlar iki qisimdir. Birisi: İtaətkar, müttəqi və Allah qatında dəyərlidir. Digəri də facir, bədbəxt və Allah qatında rəzil bir kimsədir. İnsanlar Adəmin övladlarıdır. Allah Adəmi torpaqdan yaratmışdır. Uca Allah belə buyurmuşdur: {Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (Ondan) ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır". [Hücurat 49 surəsi, ayə 13]».
Səhih Ət-Tirmizi, İbnu Hibbən rəvayət etdi.
"Allahın qayda-qanunlarına riayət edən və onları tərk edən toplumun məsəli gəmidə püşk atıb, onların bir qisminə gəminin yuxarısı, digər bir qisminə isə aşağı hissəsi nəsib olan bir camaatın misalı kimidir. Aşağıda olanlar su əldə etmək üçün yuxarıdakıların yanına gedib dedilər: “Nə yaxşı olardı biz öz hissəmizdə bir deşik açardıq və bizdən üstəkilərə zərər verməzdik". Əgər yuxarıdakılar onların istədiklərinə manə olmasalar, hamısı bütövlükdə həlak olarlar, yox əgər onlara mane olsalar, birlikdə xilas olarlar”.
Səhih Əl-Buxari rəvayət etdi.
"Məndən bir ayə olsa belə insanlara çatdırın. İsrail oğullarından da danışın, bunda bir qəbahət yoxdur. Kim mənim adımdan qəsdən yalan danışarsa, Cəhənnəmdə yerini hazırlasın".
Səhih Əl-Buxari rəvayət etdi.
"Sizin (başınızda duracaq rəhbərlər tərəfindən) inkar edəcəyiniz işlər və mənimsəmələr görəcəksiniz. Soruşdular: "Ey Allahın Rəsulu, bizə nə əmr edirsən?". O Dedi: Üzərinizdə olan haqqı yerinə yetirin, öz haqqınızı isə Allahdan istəyin".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) məsciddə oturduğumuz əsnada, dəvə üstündə bir kişi gəlib dəvəsini çökdürdükdən sonra bağladı, sonra dedi: Hansınız Muhəmməddir? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrinın arasında söykənərək əyləşmişdi. Biz də: Bu söykənmiş ağ adam odur" -dedik. Kişi ona dedi: Ey AbdulMuttalibin oğlu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) -"Səni dinləyirəm"- deyə cavab verdi. Kişi Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Səndən, sənə qarşı sərt səslənən məsələ soruşacam, amma qəlbində məndən incimə". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: " Nə istəsən soruş". Kişi dedi: Sənin və səndən öncəkilərin Rəbbinin adına and verirəm, səni bütün insanlara Allahmı göndərdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) da dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah adına söylə, Allahmı sənə gündüz və gecə ərzində beş vacib namazı qılmağımızı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi : "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah üçün söylə, ilin bu ayında oruc tutmağımızı sənə Allahmı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah üçün söylə, bu sədəqəni varlılardan alıb kasıblara paylamağı sənə Allahmı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Sənin gətirdiyinə iman etdim. Mən arxada qoyduğum qövmümün elçisiyəm, mən Sad bin Bəkr qəbiləsindən olan Dımam bin Sələbəyəm.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim itaətdən çıxar, camaatdan ayrılar və bu hal üzərində ölərsə, cahiliyyə ölümü ilə ölmüş olur. Kim də kor-koranə cahiliyyə bayrağı altında döyüşər, irqçilik üçün qəzəblənər və ya irqçiliyə dəvət edər yaxud da irqçiliyə yardım edər və bu əsnada öldürülürsə bu ölüm də cahiliyyə ölümüdür. Kim ümmətimə qarşı çıxıb, yaxşı olanını da, pis olanını da (ayırd etmədən) vurar, mömin olanlarına hörmət etməz, əhd sahibinə verdiyi sözü də yerinə yetirməzsə o, məndən deyildir, mən də ondan deyiləm".
Səhih Muslim rəvayət etdi.
“Həqiqətən din asandır. Kim dini çətinləşdirərsə, din ona üstün gələr. Düzgünlüyə riayət edin, (bacarmasanız çalışın ona) yaxınlaşın və sevinin. Səhər tezdən, günorta vaxtı və gecənin bir hissəsindən istifadə edin”.
Səhih Əl-Buxari rəvayət etdi.