Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 15

Filtrləri təmizlə

Hədisin dərəcəsi

"Din nəsihətdir". Biz dedik: Kimə? Peyğəmərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun): "Allaha, kitabına, rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəmanlara" - deyə buyurdu.
Səhih Muslim rəvayət etdi.
"Allah kimə rəhbərlik etməyi nəsib edərsə, rəhbərliyi altında olan insanları aldadaraq ölərsə, Allah cənnəti ona haram edər".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Əbu Talibə ölüm gəldikdə, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onun yanına gəldi və orada Əbu Cəhli və Abdullah bin Əbu Umeyyə bin Əl-Muğiranı gördü və dedi:Ey əmim, ləə iləhə illallah de ki, o kəliməylə mən Allah qatında sənin üçün şahidlik edim." Əbu Cəhl və Abdullah bin Əbu Umeyyə dedi: Sən AbdulMuttalibin dinindən üz döndərirsən? Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona şəhadət kəliməsini ərz etməyə davam edirdi, həmçinin onlar da öz dediklərini təkrarlayırdılar ki, Əbu Talib son söz olaraq Abdul Mutəllibin dini üzərində olduğunu dedi və "ləə iləhə illallah" deməkdən isə imtina etdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Allaha and olsun ki, mənə qadağan edilmədikcə sənin üçün bağışlanma diləyəcəm". Buna görə də Uca Allah bu ayəni nazil etdi: “Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz.” [ət-Tövbə: 113] . Uca Allah Əbu Talib haqqında ayə nazil etdi və Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: {Sən sevdiyini doğru yola yönəldə bilməzsən, lakin Allah istədiyini doğru yola yönəldər} (əl-Qasas, 56). ​
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"İnsanın oynaqlarından hər biri üçün bir sədəqə vardır. Günəşin doğduğu hər gün iki insanın arasında ədalətlə hökm verməyin sədəqədir. Bir kişiyə öz miniyinə minməkdə yardım etməyin və ya onun əşyasını qaldırıb miniyinin üzərinə qoymağın sədəqədir. Gözəl söz sədəqədir. Namaz qılmağa getdikdə atdığın hər bir addım sədəqədir. Yoldan insanlara əziyyət verən şeyi kənarlaşdırmağın sədəqədir".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
"Sizin (başınızda duracaq rəhbərlər tərəfindən) inkar edəcəyiniz işlər və mənimsəmələr görəcəksiniz. Soruşdular: "Ey Allahın Rəsulu, bizə nə əmr edirsən?". O Dedi: Üzərinizdə olan haqqı yerinə yetirin, öz haqqınızı isə Allahdan istəyin".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) məsciddə oturduğumuz əsnada, dəvə üstündə bir kişi gəlib dəvəsini çökdürdükdən sonra bağladı, sonra dedi: Hansınız Muhəmməddir? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrinın arasında söykənərək əyləşmişdi. Biz də: Bu söykənmiş ağ adam odur" -dedik. Kişi ona dedi: Ey AbdulMuttalibin oğlu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) -"Səni dinləyirəm"- deyə cavab verdi. Kişi Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Səndən, sənə qarşı sərt səslənən məsələ soruşacam, amma qəlbində məndən incimə". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: " Nə istəsən soruş". Kişi dedi: Sənin və səndən öncəkilərin Rəbbinin adına and verirəm, səni bütün insanlara Allahmı göndərdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) da dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah adına söylə, Allahmı sənə gündüz və gecə ərzində beş vacib namazı qılmağımızı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi : "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah üçün söylə, ilin bu ayında oruc tutmağımızı sənə Allahmı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah üçün söylə, bu sədəqəni varlılardan alıb kasıblara paylamağı sənə Allahmı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Sənin gətirdiyinə iman etdim. Mən arxada qoyduğum qövmümün elçisiyəm, mən Sad bin Bəkr qəbiləsindən olan Dımam bin Sələbəyəm.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim itaətdən çıxar, camaatdan ayrılar və bu hal üzərində ölərsə, cahiliyyə ölümü ilə ölmüş olur. Kim də kor-koranə cahiliyyə bayrağı altında döyüşər, irqçilik üçün qəzəblənər və ya irqçiliyə dəvət edər yaxud da irqçiliyə yardım edər və bu əsnada öldürülürsə bu ölüm də cahiliyyə ölümüdür. Kim ümmətimə qarşı çıxıb, yaxşı olanını da, pis olanını da (ayırd etmədən) vurar, mömin olanlarına hörmət etməz, əhd sahibinə verdiyi sözü də yerinə yetirməzsə o, məndən deyildir, mən də ondan deyiləm".
Səhih Muslim rəvayət etdi.