عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
473 Hədislər
Peyğəmbər Hədisləri Ensiklopediyası
Kateqoriyalar
Hədisin dərəcəsi
Rəvayət olunduğu mənbə
Ravi
"Bir qul xəstələndiyindən və ya səfərə çıxdığından dolayı davamlı olaraq etdiyi ibadətləri etməzsə, ona müqim(sakin olduğu) və sağlam olarkən etdiyi əməllərin savabı kimi savab yazılar".
Səhih Əl-Buxari rəvayət etdi.
"Sizin hər biriniz başçısınız və hamınız öz əlinizin altında olanlara cavabdehsiniz. İnsanların üzərində olan əmir başçıdır və onlardan sorumludur, kişi isə ailəsi üzərində başçıdır və onlara cavabdehdir. Qadın ərinin evi və uşaqları üzərində başçıdır və onlara cavabdehdir və nökər ağasının malında başçıdır və o, buna cavabdehdir. Həqiqətən, sizin hər biriniz başçısınız və hər biriniz əlinizin altında olanlara cavabdehsiniz."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Biz, Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) çətinlikdə və rahatlığda, sevincli və kədərli anlarda, başqaları bizdən üstün tutulduğu zamanlarda əmr sahiblərini dinləyib itaət etməyə, onların işlərinə qarışmamağa, harada olmağımızdan aslı olmayaraq haqqı deyəcəyimizə və Allah üçün heç bir qınayanın qınağından qorxmayacağımıza dair beyət etdik".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"İnsandakı hər bir oynaq sümüyünə görə sədəqə vermək lazımdır, günəşin doğduğu hər gündə iki insanın arasında ədalətlə hökm verməyin sədəqədir, bir kişini miniyinə mindirməyin və ya onun yükünü miniyinə yükləməyin sədəqədir, gözəl söz sədəqədir. Namaz qılmaq üçün məscidə atdığın hər addımın sədəqədir, yoldan insanlara əziyyət verən şeyləri götürmək sədəqədir".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Allah kimə rəhbərlik etməyi nəsib edərsə, rəhbərliyi altında olan insanları aldadaraq ölərsə, Allah cənnəti ona haram edər".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Əbu Talibə ölüm gəldikdə, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onun yanına gəldi və orada Əbu Cəhli və Abdullah bin Əbu Umeyyə bin Əl-Muğiranı gördü və dedi:Ey əmim, ləə iləhə illallah de ki, o kəliməylə mən Allah qatında sənin üçün şahidlik edim." Əbu Cəhl və Abdullah bin Əbu Umeyyə dedi: Sən AbdulMuttalibin dinindən üz döndərirsən? Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona şəhadət kəliməsini ərz etməyə davam edirdi, həmçinin onlar da öz dediklərini təkrarlayırdılar ki, Əbu Talib son söz olaraq Abdul Mutəllibin dini üzərində olduğunu dedi və "ləə iləhə illallah" deməkdən isə imtina etdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Allaha and olsun ki, mənə qadağan edilmədikcə sənin üçün bağışlanma diləyəcəm". Buna görə də Uca Allah bu ayəni nazil etdi: “Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz.” [ət-Tövbə: 113] . Uca Allah Əbu Talib haqqında ayə nazil etdi və Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: {Sən sevdiyini doğru yola yönəldə bilməzsən, lakin Allah istədiyini doğru yola yönəldər} (əl-Qasas, 56).
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"İnsanın oynaqlarından hər biri üçün bir sədəqə vardır. Günəşin doğduğu hər gün iki insanın arasında ədalətlə hökm verməyin sədəqədir. Bir kişiyə öz miniyinə minməkdə yardım etməyin və ya onun əşyasını qaldırıb miniyinin üzərinə qoymağın sədəqədir. Gözəl söz sədəqədir. Namaz qılmağa getdikdə atdığın hər bir addım sədəqədir. Yoldan insanlara əziyyət verən şeyi kənarlaşdırmağın sədəqədir".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
"Allahın qayda-qanunlarına riayət edən və onları tərk edən toplumun məsəli gəmidə püşk atıb, onların bir qisminə gəminin yuxarısı, digər bir qisminə isə aşağı hissəsi nəsib olan bir camaatın misalı kimidir. Aşağıda olanlar su əldə etmək üçün yuxarıdakıların yanına gedib dedilər: “Nə yaxşı olardı biz öz hissəmizdə bir deşik açardıq və bizdən üstəkilərə zərər verməzdik". Əgər yuxarıdakılar onların istədiklərinə manə olmasalar, hamısı bütövlükdə həlak olarlar, yox əgər onlara mane olsalar, birlikdə xilas olarlar”.
Səhih Əl-Buxari rəvayət etdi.