Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 13

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Rəvayət olunduğu mənbə

"Həqiqətən Allah qısqanır və mömin qısqanır, Allahın qısqanclığı möminin haramlara əl atmasına görədir".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrindən bəziləri gəlib ondan soruşdular:Biz nəfsimizdə dilə gətirə bilməyəcək dərəcədə böyük bir hisslər keçiririk. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Həqiqətən bu hissləri keçirirsinizmi? "Onlar "Bəli" deyə, cavab verdilər. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Bunu hiss etməyiniz sizin həqiqi imanınızı göstərir."
Səhih Muslim rəvayət etdi.
"Şeytan, sizdən birinizə gələrək "bunu kim yaratdı, onu kim yaratdı? suallarını verər və ən son olaraq "Sənin Rəbbini kim yaratdı?" sualını ortaya atar. Kim belə bir vəziyyətlə qarşılaşarsa, Allaha sığınsın və bu vəsvəsələrə son qoysun."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allah belə buyurdu: Kim mənim bir vəlimə (dostuma) düşmənçilik edərsə, mən ona müharibə elan edərəm. Qulum ona fərz etdiyim şeydən daha sevimli olan heç bir şeylə mənə yaxınlaşmaz, qulum mənə nafilə (sünnət) ibadətlərlə yaxınlaşmağa o qədər davam edər ki, nəhayət Mən onu sevərəm. Mən onu sevdikdə, onun eşidən qulağı, görən gözü, tutan əli və gəzən ayağı olaram, Məndən bir şey istəsə, ona verərəm, Mənə sığınsa, onu qoruyaram. Mən etdiyim heç bir şeydə mömin qulumun canını almaq kimi tərəddüt etmədim. Qulum ölümü sevmir, mən də onu incidən şeyi sevmirəm".
Səhih Əl-Buxari rəvayət etdi.
"Allah - Təbarakə va Təalə - buyurmuşdur: "Mən, şərik olmağa möhtac deyiləm. Kim bir əməl edərsə və etdiyi əməldə bir başqasını Mənə şərik qoşarsa, Mən onu və şərik qoşduğunu tərk edərəm".
Səhih Muslim rəvayət etdi.
"Həqiqətən Allah sizin zahirinizə, var-dövlətinizə yox, qəlblərinizə və əməllərinizə baxar".
Səhih Muslim rəvayət etdi.
"Uca Allah belə demişdir: Kim mənim bir vəlimə (dostuma, yaxın quluma) düşmənçilik edərsə, mən ona müharibə elan edərəm. Qulum Mənə, ona fərz etdiyim ibadətlərdən daha sevimli başqa bir şeylə yaxınlaşa bilməz. Qulum mənə nafilə ibadətlərlə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Mən onu sevdikdə, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən bir şey istəsə, ona verərəm, Mənə sığınsa, onu qoruyaram".
Səhih Əl-Buxari rəvayət etdi.
Allah Rəsulundan - salləllahu aleyhi va səlləm: "Ey Allahın Rəsulu! Qiyamət günü sənin şəfaətinə nail olan ən xoşbəxt insan kimdir?" deyərək soruşuldu. Allah Rəsulu - salləllahu aleyhi va səlləm: "Ey Əbu Hureyra, hədis öyrənməyə həris olduğunu gördüyüm üçün bu hədis barədə səndən əvvəl kimsənin məndən soruşmayacağını zənn etmişdim. Qiyamət günü şəfaətimə nail olan ən xoşbəxt insan qəlbindən və ya içindən ixlasla “Lə iləhə illallah” deyən kimsədir" - deyə buyurdu.
Səhih Əl-Buxari rəvayət etdi.