Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 55

Filtrləri təmizlə
Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərdə yəhər üzərində arxasına aldığı yol yoldaşı Muaza üç dəfə: “Ey Muaz ibn Cəbəl” - deyə səslənir, Muaz da 3 dəfə: “Buyur, ey Allahın Rəsulu, əmrindəyəm” - deyə cavab verir. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə deyir:“Kim Allahdan başqa məbud olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna ürəkdən ixlasla şəhadət edərsə, Allah cəhənnəmi ona haram edər". Bu zaman Muaz soruşur: "Ey Allahın Rəsulu, bu şad xəbəri insanlara çatdırımmı, sevinsinlər?". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: “Onda insanlar arxayınlaşarlar”. Yalnız ölümünə yaxın Muaz - elmi gizlətmək günahından - qurtulmaq üçün bu bilgini xəbər vermişdir.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
İnsanlar Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) kahinlər haqqında soruşdular. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara dedi: "Onların dəyəri yoxdur." Dedilər: Ey Allahın Rəsulu, bəzən onların söylədikləri doğru çıxır. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:Bu, cinlərin səmada haqq sözünü eşidərək qapıb və dostlarının qulağına toyuğun dən yeyərkən qaqıldadığı kimi qaqıldayaraq eşitdiklərini onlara xəbər verməsidir, üstəlik ötürdükləri məlumata yüz yalan qatarlar.”
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Qəbirlər üzərində oturmayın və (orada) onların istiqamətində namaz qılmayın".
Səhih Muslim rəvayət etdi.
"Uca Allah belə demişdir: Kim mənim bir vəlimə (dostuma, yaxın quluma) düşmənçilik edərsə, mən ona müharibə elan edərəm. Qulum Mənə, ona fərz etdiyim ibadətlərdən daha sevimli başqa bir şeylə yaxınlaşa bilməz. Qulum mənə nafilə ibadətlərlə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Mən onu sevdikdə, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən bir şey istəsə, ona verərəm, Mənə sığınsa, onu qoruyaram".
Səhih Əl-Buxari rəvayət etdi.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ölümün­dən qabaq örtüyünü üzünə atmağa başladı. (Ürəyi) sıxıldıqda isə onu üzündən götürürdü. O bu halda ikən belə dedi: "Allah yəhudilərə və xristianlara lənət eləsin! Onlar peyğəmbər­ləri­nin qəbirlərini məscidlərə çevirdi­lər". (Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, bu sözləri ilə ümmətini) - onların etdikləindən çəkindirirdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənim yanıma daxil oldu və mən səhvən üzərində şəkillər olan pərdə ilə şkafın üstünü örtmüşdüm. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bunu görəndə pərdəni dartıb çəkdi, üzünün rəngi dəyişdi və dedi: “Ey Aişə, Qiyamət günü Allah yanında insanların ən şiddətli əzab olunanları, Allahın yaratmasına bənzəməyə çalışanlardır”. Aişə dedi: “Biz onu kəsdik və ondan bir və ya iki yastıq düzəltdik".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Bir dəfə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Ufeyr adlanan uzunqulağın belində öndə , mən isə arxada oturmuşdum. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) (mənə) dedi: "Ey Muaz, Allahın qulları üzərindəki və qulların Allah üzərindəki haqlarını bilirsənmi?". Dedim: "Allah və Rəsulu ən doğrusunu bilir". Dedi: "Allahın qulları üzərində haqqı Ona ibadət edərək, Ona heç bir şeyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqları isə, Ona şərik qoşmayan kəsə əzab verməməsidir.". Mən dedim: "Ey Allahın Rəsulu! Bununla insanları müjdələməyimmi?". O isə: "Müjdələmə, yoxsa arxayınlaşarlar" - dedi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) gecə yağış yağdıqdan sonra əl-Hudeybiyyə ərazisində bizə sübh namazını qıldırdı. Namazını bitirincə üzünü insanlara çevirib dedi: "Bilirsinizmi, Rəbbiniz nə buyurdu?". Oradakılar: "Allah və Rəsulu daha doğrusunu bilir" dedilər. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "(Allah buyurdu ki) Qullarımdan bir qismi mənə iman, bir qismi isə mənə küfr edərək sabahladı. Allahın lütfü və rəhməti ilə bizə yağış yağdırıldı deyənlər mənə iman etmiş və ulduzlara küfr etmişdir. Lakin, filan ulduz sayəsində bizə yağış yağdırıldı deyənlər isə mənə küfr edib, ulduzlara inananlardılar".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)