Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 45

Filtrləri təmizlə

Hədisin dərəcəsi

"Həqiqətən Allah sizin zahirinizə, var-dövlətinizə yox, qəlblərinizə və əməllərinizə baxar".
Səhih Muslim rəvayət etdi.
Allah qiyamət günü sizlərin hər birinizlə arada tərcüməçi olmadan danışacaq və O, sağına baxıb yalnız etdiyi əməlləri görəcək, soluna baxıb yalnız etdiyi əməlləri görəcək, qarşısına baxıb yalnız odu görəcək, xurmanın yarısı ilə da olsa, (sədəq verməklə) oddan qorunun.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərdə yəhər üzərində arxasına aldığı yol yoldaşı Muaza üç dəfə: “Ey Muaz ibn Cəbəl” - deyə səslənir, Muaz da 3 dəfə: “Buyur, ey Allahın Rəsulu, əmrindəyəm” - deyə cavab verir. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə deyir:“Kim Allahdan başqa məbud olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna ürəkdən ixlasla şəhadət edərsə, Allah cəhənnəmi ona haram edər". Bu zaman Muaz soruşur: "Ey Allahın Rəsulu, bu şad xəbəri insanlara çatdırımmı, sevinsinlər?". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: “Onda insanlar arxayınlaşarlar”. Yalnız ölümünə yaxın Muaz - elmi gizlətmək günahından - qurtulmaq üçün bu bilgini xəbər vermişdir.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
İnsanlar Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) kahinlər haqqında soruşdular. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara dedi: "Onların dəyəri yoxdur." Dedilər: Ey Allahın Rəsulu, bəzən onların söylədikləri doğru çıxır. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:Bu, cinlərin səmada haqq sözünü eşidərək qapıb və dostlarının qulağına toyuğun dən yeyərkən qaqıldadığı kimi qaqıldayaraq eşitdiklərini onlara xəbər verməsidir, üstəlik ötürdükləri məlumata yüz yalan qatarlar.”
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Qəbirlər üzərində oturmayın və (orada) onların istiqamətində namaz qılmayın".
Səhih Muslim rəvayət etdi.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ölümün­dən qabaq örtüyünü üzünə atmağa başladı. (Ürəyi) sıxıldıqda isə onu üzündən götürürdü. O bu halda ikən belə dedi: "Allah yəhudilərə və xristianlara lənət eləsin! Onlar peyğəmbər­ləri­nin qəbirlərini məscidlərə çevirdi­lər". (Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, bu sözləri ilə ümmətini) - onların etdikləindən çəkindirirdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənim yanıma daxil oldu və mən səhvən üzərində şəkillər olan pərdə ilə şkafın üstünü örtmüşdüm. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bunu görəndə pərdəni dartıb çəkdi, üzünün rəngi dəyişdi və dedi: “Ey Aişə, Qiyamət günü Allah yanında insanların ən şiddətli əzab olunanları, Allahın yaratmasına bənzəməyə çalışanlardır”. Aişə dedi: “Biz onu kəsdik və ondan bir və ya iki yastıq düzəltdik".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Bir dəfə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Ufeyr adlanan uzunqulağın belində öndə , mən isə arxada oturmuşdum. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) (mənə) dedi: "Ey Muaz, Allahın qulları üzərindəki və qulların Allah üzərindəki haqlarını bilirsənmi?". Dedim: "Allah və Rəsulu ən doğrusunu bilir". Dedi: "Allahın qulları üzərində haqqı Ona ibadət edərək, Ona heç bir şeyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqları isə, Ona şərik qoşmayan kəsə əzab verməməsidir.". Mən dedim: "Ey Allahın Rəsulu! Bununla insanları müjdələməyimmi?". O isə: "Müjdələmə, yoxsa arxayınlaşarlar" - dedi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)