Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 112

Filtrləri təmizlə

Ravi

Bütün raviləri göstər (57)
"Böyük günahlardan çəkindiyi müddətcə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən kiçik günahlara kəffarədir".
Səhih Muslim rəvayət etdi.
«Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələcək başqa bir şey yoxdur. Həqiqətən Uca Allah, əxlaqsız və çirkin söz (və davranış) sahiblərinə nifrət edir».
Səhih Əbu Davud, Ət-Tirmizi rəvayət etdilər.
"Asanlaşdırın, çətinləşdirməyin, sevindirin, hürküdüb qaçırtmayın".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Allaha və axirət gününə iman gətirən, ya xeyir söyləsin, ya da sussun, Allaha və axirət gününə iman gətirən qonşusuna yaxşılıq etsin, kim Allaha və axirət gününə iman gətirirsə, qonağına qarşı səxavətli və əliaçıq olsun".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Bir kişi Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Mənə nəsihət et. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona buyurdu:" Qəzəblənmə". Kişi istədiyini bir neçə dəfə təkrarladı, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) yenə: "Qəzəblənmə" - dedi.
Səhih Əl-Buxari rəvayət etdi.
Mən Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) yaxşılıq və günah barəsində soruşdum. Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) belə dedi: "Yaxşılıq - gözəl əxlaqdır. Günah isə qəlbini narahat edən və insanların bilməsini xoşlamadığın şeydir".
Səhih Muslim rəvayət etdi.
"Hər bir xeyirxahlıq sədəqədir".
Səhih Hədisi Buxari Cabirin hədisindən, Muslim isə Huzeyfənin hədisindən rəvayət etmişdir.
"Əgər siz Allaha layiqincə təvəkkül etsəniz, O sizə də ruzini səhər yuvasından ac çıxıb, (axşam) tox qayıdan quşun ruzisi kimi yetirər".
Səhih Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi.